Məhkəmə qərarları › İş №2(002)-383/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-383/2021

03.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-383/2021 03.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1957-ci ildə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində doğulmuş atası X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X6 onun atası olmaqla xx.xx.1957-ci ildə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində anadan olmuşdur. Təzyiq və nevroloji xəstəlikdən əziyyət çəkmiş, ərazi üzrə poliklinikada müalicə almamışdır. Atasının xx.xx.2020-ci ildə vəziyyəti ağır olduğuna görə Bakı şəhəri X13 çağırış etməklə həkim çağırmışlar. Həkim gələnə qədər atası vəfat etmişdir. Bu barədə ərizəyə X11 arayışı və qonşular tərəfindən təsdiq edilmiş akt əlavə edilmişdir. Atasını el adəti ilə dəfn etmiş və yas mərasimi keçirmişlər. Onun başı atasının dəfninə və dəfnlə əlaqədar işlərə qarışdığına görə atasının ölməsinə dair ölüm haqqında şəhadətnamə həmin vaxt almamışdır. Sonradan bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, ərizəçinin qaynıdır. X6 yataq xəstəsi olmuş, xx xxxxxx 2020-ci il tarixdə vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, ərizəçinin dostudur. X6 yataq xəstəsi olmuş, xx xxxxxx 2020-ci il tarixdə vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 635 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X6 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan X4 məxsus AZE No 05514939 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1957-ci il tarixdə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində anadan olmuşdur, ünvan 1 6 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Özbəkistan, Sırdarin vilayətində anadan olmuşdur, ünvan 1 6 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Netçilər Xəstəxanası tərəfindən verilmiş epikrizlərin surətindən görünür ki, X1 dissirkulyator ensefalopatiya, ikinci (naməlum mənşəli) polineyropatiya, aşağı ətrafların paraparezi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 04:43 radələrində ünvan 1 mənzil 6 ünvanına X2 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrafatı Birliyi 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1334 saylı arayışdan görünür ki, Qəribov X7 rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 18, 6 saylı mənzildə qeydiyyatdadır və yaşayır. İş materiallarında olan X9, X3 və X10 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası xx xxxx 1957-ci ildə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində doğulmuş X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi atası xx xxxx 1957-ci ildə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində doğulmuş X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar