Məhkəmə qərarları › İş №2(002)-3830/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3830/2025

13.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3830/2025 13.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 6 saylı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış “Barışıq sazişi”nin 2.1-ci bəndinin “ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs ilə yetkinlik yaşına çatmamış uşağı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində aylıq 70(yetmiş) AZN alimentin xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 10-dək birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür” barədə barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı 61 saylı X1 Saleh Bəyalı oğlu ilə aralarında fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X3 iştirakı ilə barışıq sazişi imalanmışdır. Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir. Belə ki, Maraqlı şəxs ilə yetkinlik yaşına çatmamış uşağı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində aylıq 70 manat alimentin xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 10-dək onun adına bank hesabına ödəməsinin öhdəsinə götürülməsi barədə barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin tələblərini yerinə yetirməmiş, alimenti ödəməmişdir.Nəticədə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir. Aliment ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdadfiə edərək, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/6-00513 saylı Barışıq Sazişindən görünür ki:

1. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşağı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində aylıq 70(yetmiş) AZN alimenti xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 10-dək birinci tərəf kimi çıxış edən Ərizəçi adınas olan bank hesabına ödəməyi öhdəsinə götürür.

2. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs 2025-ci ilin yanvar, fevral, mart və aprel ayları üçün ödənilməmiş 280( iki yüz səksən)AZN məbləğində aliment haqqını (70*4) xx.xx.2025-ci tarixinə kimi birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin tam təsdiq edilməsinə maneə yaradan heç bir hal mövcud deyil. Təqdim olunmuş sənədlərdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/6-00513 saylı barışıq sazişi təsdiq olunmalıdır. 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/6-00513 saylı:

1. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşağı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində aylıq 70(yetmiş) AZN alimenti xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 10-dək birinci tərəf kimi çıxış edən Ərizəçi adınas olan bank hesabına ödəməyi öhdəsinə götürür.

2. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs 2025-ci ilin yanvar, fevral, mart və aprel ayları üçün ödənilməmiş 280( iki yüz səksən)AZN məbləğində aliment haqqını (70*4) xx.xx.2025-ci tarixinə kimi birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür– məzmunlu barışıq sazişi təsdiq edilsin. 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar