Məhkəmə qərarları › İş №2(002)-3848/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3848/2024

25.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3848/2024 25.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X9 iclas katibliyi ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək ərizəçi X3 və maraqlı şəxs Cavabdeh arasında Bakı 18 saylı Mediasiya təşkilatında MŞB/18/2024-0115 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi, maraqlı şəxsdən xüsusi icraat ərizəsinin verilməsinə görə ödənilən 100 AZN (bir yüz manat) dövlət rüsumunun və 260 (iki yüz altmış manat) AZN mediasiya xərcinin tutularaq mənə ödənilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, İddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, Ərizəçi (bundan sonra “Ərizəçi”) və Cavabdeh (bundan sonra“Maraqlı şəxs”) arasında 19 mart 2013-cü il tarixində nikah bağlanmışdır. Nikah İnzibati ərazi dairəsi Lənkəran şöbəsində AZ-İ N° 798832 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə Bildirmək istəyirəm ki, maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqların saxlanması ilə bağlı xərcləri qarşılamaqdan mütəmadi yayındığına görə alimenti rəsmi qaydada tələb etmək məcburiyyətində qaldım. Bu məqsədlə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək üçün Bakı 18 saylı mediasiya təşkilatına müraciət etdi. Beləliklə tərəflər arasında qarşılıqlı razılıq əsasında Bakı 18 saylı Mediasiya Təşkilatında 05 oktyabr 2024-cü il tarixində Mediasiya xidmətlərinin göstərilməsi barədə iki tərəfli Müqavilə bağlanıldı. Mübahisənin həlli ilə əlaqədar Maraqlı şəxs və Ərizəçi Bakı 18 saylı Mediasiya təşkilatında MŞB/18/2024-0115 nömrəli, xx.xx.2024-cü il tarixli iki tərəfli Barışıq Sazişi imzalanmışdır. Həmin Sazişə əsasən, Ərizəçi və Maraqlı şəxs aşağıdakılar barədə razılığa gəliblər: 1.11 Tərəf- Cavabdeh onların birgə nikahından doğulmuş xx.xx.2013- cü il təvəllüdlü X4 və xx.xx.2017-ci i! təvəllüdlü Abdullayevə Hicran Azər qızının saxlanılması üçün 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın 1- dən 5-ə qədər 1755 (min yeddi yüz əlli beş) manat əmək haqqının 70%-i miqdarında, yəni 1225 (min iki yüz iyirmi beş) manat məbləğində alimenti İ Tərəfə, yəni X5ma məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür. Tərəflər razılaşırlar ki, alimentin məbləği İİ Tərəfin əmək haqqının artım tempinə uyğun olaraq dəyişəcəkdir. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (200 manat) İ Tərəf ödəyir Nəzərinə çatdırdı ki, maraqlı şəxs tərəfindən sözügedən sazişin tələblərinə əməl edilməmişdir. Belə ki, maraqlı şəxs bu günədək heç bir ödəniş etməmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək, onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 066435 saylı və AZ-İİİ seriyalı 921892 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X6 atası Cavabdeh, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 798832 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Ərizəçi arasında nikah xx.xx.2013-cü il tarixində 05 saylı akt qeydi ilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş ********** saylı qəbzdən görünür ki, 100 manat dövlət rüsumu ödənilmişir. Ərizəçi və Cavabdeh arasında mediasiya prosesində bağlanılmış Bakı 18 saylı Mediasiya təşkilatında MŞB/18/2024-0115 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. 1.Tərəf- Cavabdeh onların birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü Abdullayevə Hicran Azər qızının saxlanılması üçün 2024-cü ilin oktyabr ayından başlayaraq hər ayın 1-dən 5-ə qədər 1755 (min yeddi yüz əlli beş) manat əmək haqqının 70%-i miqdarında, yəni 1225 (min iki yüz iyirmi beş) manat məbləğində alimenti l Tərəfə, yəni X2 məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.

2. Tərəflər razılaşırlar ki, alimentin məbləği İİ Tərəfin əmək haqqının artım tempinə uyğun olaraq dəyişəcəkdir.

3. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (200 manat) l Tərəf ödəyir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər öz aralarında aliment dair razılığa gələrək mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixdə bağlanmış “Barışıq sazişi”-nin alimentə dair 3-ci bəndi təsdiq edilərək, Cavabdeh Ərizəçi xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2024-cü ilin yanvar ayının 5dən başlayaraq hər ay 150(yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır.

Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında Bakı 18 saylı Mediasiya təşkilatında bağlanmış MŞB/18/2024-0115 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq sazişi təsdiq edilsin: 1.Tərəf- Cavabdeh onların birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü Abdullayevə Hicran Azər qızının saxlanılması üçün 2024-cü ilin oktyabr ayından başlayaraq hər ayın 1-dən 5-ə qədər 1755 (min yeddi yüz əlli beş) manat əmək haqqının 70%-i miqdarında, yəni 1225 (min iki yüz iyirmi beş) manat məbləğində alimenti l Tərəfə, yəni X2 məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.

2. Tərəflər razılaşırlar ki, alimentin məbləği İİ Tərəfin əmək haqqının artım tempinə uyğun olaraq dəyişəcəkdir.

3. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (200 manat) l Tərəf ödəyir. Ödənilmiş 100 manat dövlət rüsumu X1 tutularaq Cavabdeh ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar