Məhkəmə qərarları › İş №2(002)-3873/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3873/2025

16.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3873/2025 16.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00159 saylı barışıq sazişinin aliment hissəsinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00159 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa 200 manat olmaqla, cəmi 400 manat alimenti ona ödəməyi və alimentin xx.xx.2025-ci il tarixdən hesablanmasını öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin tələblərini yerinə yetirməmişdir. Nəticədə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir. Aliment ödənilməmişdir. Bildirir ki, tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/13/2025-00159 saylı Barışıq Sazişindən (ərizə tələbində təsdiq olunması xahiş olunan aliment tələblərinə dair hissəsindən) görünür ki:

3. Tərəflər – 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs qeyd olunan məzmunda razılığa gəldilər: Razılığa əsasən 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, uşaqlar yetkinlik yaşına çatana kimi hər ay, hər uşağa 200 manat, ümumi 400 manat sabit pul məbləğdə alimenti 1-ci tərəf Ərizəçi ödəyir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin qeyd edilən hissədə (3cü hissə, alimentlə bağlı) təsdiq edilməsinə maneə yaradan heç bir hal mövcud deyil. Təqdim olunmuş sənədlərdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00159 saylı barışıq sazişi aliment hissəsində təsdiq olunmalıdır. 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00159 saylı:

1. Tərəflər – 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs qeyd olunan məzmunda razılığa gəldilər: Razılığa əsasən 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, uşaqlar yetkinlik yaşına çatana kimi hər ay, hər uşağa 200 manat, ümumi 400 manat sabit pul məbləğdə alimenti 1-ci tərəf Ərizəçi ödəyir – məzmunlu barışıq sazişi (sazişin 3-cü hissəsi) təsdiq edilsin. 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar