Məhkəmə qərarları › İş №2(002)-3928/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3928/2023

28.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3928/2023 28.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, X5 iclas katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Bakı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında 06 iyun 2022-ci il tarixdə bağlanmış “Barışıq sazişi”nin təsdiq edilməsi və barışıq sazişinin təsdiqi barədə məhkəməyə müraciət edilməsi üçün məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bildirirəm ki, 06 iyun 2022-ci il tarixdə Bakı şəhəri X2 Fikrət Dadaşbala oğlu ilə aralarındakı fikir ayrılığı və mübahiəsni qarşılıqlı razılıqla həll etmək üçün mediator X1 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir. Belə ki, Maraqlı şəxs ilə onların birgə yaşadığı müddətdə xx.xx.2021-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən alınmış “BMW X- 5 MİNİK” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı xx.xx.2022-ci il tarixədək birdəfəlik ödəmək şərtilə 7000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə razılığa gəlmişlər və bu barədə barışıq sazişi bağlamışlar.Göründüyü kimi Maraqlı şəxs qeyd edilən barışıq sazişinin tələblərini yerinə yetirməmişdir. Nəticədə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir.Barışıq sazişinin 2.4-cü bəndində qedyd edilmişdir ki, saziş könüllü icra ediləcəkdir.Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin məcburi icrası üçün məhkəməyə müracicət edə bilər.Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirlər görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Ərizəçi vəkili Nümayəndə Zülfü oğlu məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onsuz keçirilsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 06 iyun 2022-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər nikah dövründə əldə etdikləri “BMW X-5 MİNİK” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobildə paylarının müəyyən edilməsi ilə bağlı əldə etdikləri razılaşmaya əsasən tərəflər nikah dövründə əldə etdikləri BMW X5 markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobildə paylarının müəyyən edilməsi ilə bağlı əldə etdikləri razılaşmaya əsasən "İkinci tərəf' "Birinci tərəfə nikah dövründə əldə edilmiş BMW X5 markalı. ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 31. 07.2022-ci il tarixinədək birdəfəlik ödəmək şərtilə 7000 (yeddi min) manat məbləğində pul vəsaiti verir."Birinci tərəf’ "İkinci tərəfdən aldığı 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin müqabilində nikah dövründə aidə etdikləri BMW X5 markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı tələblərindən, o cümlədən hüquqlarından imtina edir və bununla bağlı gələcəkdə heç bir iddia qaldırmayacağı barədə öhdəlik götürür.Pul vəsaitinin verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilir.Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya İddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla. Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hiiquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə. Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər.Tərəflər razılığa gəlirlər ki. onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranışlara və ya münasibətə yol verməyəclər. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 06 iyun 2022-ci il tarixdə birgə nikah dövründə əldə olunmuş BMW X5 markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 31. 07.2022-ci il tarixinədək birdəfəlik ödəmək şərti ilə 7000 (yeddi min) manat məbləğində pul vəsaiti verilməsi və daha sonra Ərizəçi Maraqlı şəxs aldığı 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin müqabilində nikah dövründə əldə etdikləri BMW X5 markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı tələblərindən, o cümlədən hüquqlarından imtina etməsi və bununla bağlı gələcəkdə heç bir iddia qaldırmayacağı barədə öhdəlik götürməsinə dair mediasiya prosesində nəticəsində barışıq sazişi imzalanmışdır. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə hesab edir ki, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 06 iyun 2022-ci il tarixdə bağlanmış “Barışıq sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.Tərəflər nikah dövründə əldə etdikləri BMW X5 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobildə paylarının müəyyən edilməsi ilə bağlı əldə etdikləri razılaşmaya əsasən Rəhimov Maraqlı şəxs Samirə Hikmət qızına nikah dövründə əldə edilmiş BMW X5 markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 31. 07.2022-ci il tarixinədək birdəfəlik ödəmək şərtilə 7000 (yeddi min) manat məbləğində pul vəsaiti verir. 2.Ərizəçi Maraqlı şəxs aldığı 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin müqabilində nikah dövründə əldə etdikləri BMW X5 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı tələblərindən, o cümlədən hüquqlarından imtina edir və bununla bağlı gələcəkdə heç bir iddia qaldırmayacağı barədə öhdəlik götürür. 3.Pul vəsaitinin verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Ödənilmiş 100(yüz) manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar