Məhkəmə qərarları › İş №2(002)-3944/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3944/2025

24.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3944/2025 24.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş bacısı X2 1962-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, bacısı X3 xx.xx.1962-ci il tarixdə anadan olmuş, elə həmin ildə də vəfat etmişdir. Maraqlı şəxs verdiyi 18 sentyabr 2025-ci il tarixli, 3-16-5/7-Ə-70-792/2025 saylı arayışdan da görünür ki, arxiv sənədlərində bacısının ölümü ilə bağlı akt qeydi aşkarlanmamışdır. X1 dünyasını dəyişmişdir. Anasından miras əmlak olaraq ona Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 3, 12 saylı mənzil qalmışdır. Hazırda Bakı şəhəri 8 saylı notariat kontorunda həmin miras əmlakla bağlı vərəsəlik işi açılmış, bütün vərəsələr öz paylarından onun xeyrinə imtina etmişlər. Məlum olmuşdur ki, sistemdə məhrum bacısı Kamilənin adı qalmış, bu səbəbdən də notarius onun ölüm sənədini tələb edir. Odur ki, onun ölüm faktının məhkəmə yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, iş yükünün çoxluğu ilə əlaqədar işə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadəsini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Ondan öncə 1962-ci ildə onun Kamilə adlı bacısı dünyaya gəlniş, lakin həmin bacısı təxminən 8-10 aylığında olarkən vəfat etmişdir. Anasının dediyinə görə bacısı soyuqdəymədən vəfat edib. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli, 3-16-5/7-Ə-70-792/2025 saylı arayışdan görünür ki, 1962-ci ildə vəfat etmiş X2 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli, 3-16-5/7-15-1440/2025 saylı arayışdan görünür ki, 1962-ci ildə vəfat etmiş X2 ölümü barəsində arxiv məlumatları yoxlanılmış və bu barədə xx.xx.2025-ci il tarixdə arayış verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Qaradağ Rayon Lökbatan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 02/243 saylı arayışdan görünür ki, X3 (xx.xx.1962-ci il təvəllüdlü) və qardaşı X5 (xx.xx.1968-ci il təvəllüdlü) həqiqətən də Lökbatan qəbirstanlığında dəfn olunublar. İş materiallarına əlavə edilmiş 29 mart 1962-ci il tarixli doğum aktı qeydindən görünür ki, X3 xx.xx.1962-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydə alınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1962-ci il tarixdə doğulmuş X3 XX.XX.1962-ci ildə Bakı şəhərində vəfat etmiş, onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunduğundan, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə doğulmuş X3 XX.XX.1962-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar