Məhkəmə qərarları › İş №2(002)-3954/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3954/2025

01.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3954/2025 01.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş X4 01 sentyabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun qardaşıdır. X2 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.2025-ci il tarixdə qardaşının vəziyyəti ağır olduğundan Bakı şəhəri Təcili və X6 Stansiyasına müraciət etməklə həkim çağırmışdır. Lakin həkim gələnə qədər qardaşı vəfat etmişdir. Qardaşı el adəti ilə Hacıqabul rayonu Qızılburun kənd qəbristanlığında dəfn edilmişdir. Yas mərasimləri keçirmişlər. Onlar vaxtında qardaşının adına ölüm haqqında şəhadətnamə almamışlar. Sonradan qardaşının adına ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin müvafiq tibbi sənəd olmadığından, qardaşının adına ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Hazırda qardaşının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin alınması üçün lazımdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X9 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşı oğludur. Ərizəçinin qardaşı vəfat edib. Mərhum Hacıqabul rayonu Qızılburun kəndində dəfn olunub. Dəfn və yas mərasimlərində iştirak etmişdir. X1 ifadəsində bildirdi ki, ərizəçinin qayınatasıdır. Ərizəçinin qardaşı vəfat edib. Rayonda, Qızılburun kəndində dəfn olunub. Dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs X5 ərizəçinin qardaşıdır, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Respublika Təcili və X6 Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə 18:21-də çağrı mərkəzinə ünvan 1 ünvana X4 adına çağırış daxil olmuş, təcili yardım briqadası həmin ünvana gəlmiş (həkim Hamlet Əsədov), adına çağırış daxil olmuş şəxsin vəfat etdiyini aşkar etmiş, «Həkimə qədər ölüm. Kişi cinsli meyit» barədə qeyd aparmışdır. Meyit 11-ci PB-nin əməkdaşı Cavad Zahidova təhvil verilmiş və hadisə barədə 11-ci PB-nin baş çavuşu Bayramov məlumatlandırılmışdır. Qızılburun kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli 17 saylı arayışından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Hacıqabul rayonu Qızılburun kənd qəbristanlığında dəfn edilmişdir. 32 nömrəli şəhər poliklinikasının 01 oktyabr 2025-ci il tarixli 18-1-179/2-177/2025 saylı məktubundan görünür ki, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş və 01 sentyabr 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X4 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Bakı şəhəri Maraqlı şəxs 08 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi 01 sentyabr 2025-ci il tarixdə vəfat edən X4 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X4 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş X5 01 sentyabr 2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş X4 01 sentyabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar