Məhkəmə qərarları › İş №2(002)-3961/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3961/2024

11.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3961/2024 11.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında mediasiya təşkilatında bağlanmış MŞB/13/2023-01811 saylı, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə 28 dekabr 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan 1(bir) uşaqları doğulmuşdur. Hazırda cavabdehlə Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəməyə iddia verməzdən öncə Mediasiya şurasına müraciət edərkən cavabdehlə “Nikahın pozulması, Uşağın ana himayəsində qalması, aliment tələbi, uşaqla ünsiyyət tələbi barədə MŞB/13/2023-01811 saylı, xx.xx.2023-cü il tarixli Barışıq Sazişi imzalamışdılar. Buna baxmayaraq cavabdeh sazişin aliment hissəsinə əməl etməkdən boyun qaçıraraq razılaşdığı hər ayın 5-i tarixinədək hər uşaq üçün 150 manat aliment məbləğini ödəməkdən imtina edir. Cavabdeh keçən ayın 5-i tarixinə üzərinə götürdüyü öhdəliyi pozaraq alimenti verməkdən yayınmışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, öz izahatında bildirdi ki, birgə nikahdan bir uşaqları var, qarşı tərəflə aralarında barışıq sazişi bağlanmasına baxmayaraq, aliment ödəmədiyinə görə məhkəməyə müraciət etmişdir. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 446122 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il təvəllüdül X1 atası Maraqlı şəxs, anası Ərizəçidır. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesində bağlanılmış Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. 1.Tərəflər, 1-ci tərəf Ərizəçi ilə 2-ci tərəf Maraqlı şəxs xx.xx.2019-cu il tarixində Mingəçevir regional ASAN Xidmət mərkəzi, qeydiyyat şöbəsində 867 sayı ilə bağladıqları nikahı məhkəmədə iddia qaldırmaqla banşıq üçün vaxt verilmədən pozulması barədə razılığa gəldilər.

2. Tərəflər, 1-ci tərəf Ərizəçi ilə 2-ci tərəf Maraqlı şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana qədər 1-ci tərəf Ərizəçi yanında saxlanması barədə razılığa gəldilər.

3. Tərəflər, 1-ci tərəf Ərizəçi ilə 2-ci tərəf Maraqlı şəxs övladları-xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 2-ci tərəf-Maraqlı şəxs hər ay 150 (yüz əlli) manat məbləğində alimenti 2024-cü ilin yanvar ayının 5-dən başlayaraq 1 -ci tərəf Ərizəçi qızma ödəməsi barədə razılığa gəldilər.

4. Tərəflər, 1-ci tərəf Ərizəçi ilə 2-ci tərəf Maraqlı şəxs övladları xx.xx.2020-ci il təvəllüdlü X2 ilə 2-ci tərəf Maraqlı şəxs məhdudiyyət olmadan (gecə qalmaq şərti ilə) görüşüb ünsiyyətdə olması barədə razılığa gəlmişdilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər öz aralarında aliment dair razılığa gələrək mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixdə bağlanmış “Barışıq sazişi”-nin alimentə dair 3-ci bəndi təsdiq edilərək, Maraqlı şəxs Ərizəçi xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2024-cü ilin yanvar ayının 5dən başlayaraq hər ay 150(yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır.

Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/13/2023- 01811 saylı “Barışıq sazişi”-nin alimentə dair olan hissəsi, yəni 3-cü bəndi təsdiq edilsin: Maraqlı şəxs Ərizəçi xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2024-cü ilin yanvar ayının 5-dən başlayaraq hər ay 150(yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar