Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3971/2025 01.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş X4 04 oktyabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 onun qardaşıdır. X2 xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Qardaşı ikinci dərəcəli əlil olmuş, ailəsi olmamış, onunla bir ünvanda yaşamışdır. Qardaşına bir bacı kimi özü baxmışdır. xx.xx.2025-ci il tarixdə qardaşının vəziyyəti ağırlaşmış, bu səbəbdən həkim çağırmışlar. Lakin həkim gələnə qədər qardaşı vəfat etmişdir. Qardaşı el adəti ilə Qaradağ rayonu Lökbatan qəsəbə qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt başları dəfn və yas mərasimlərinə qarışdığından bu barədə lahzımi orqana müraciət edərək ölüm haqqında şəhadətnamə almamışlar. Sonradan bu barədə poliklinikaya müraciət etsələr də, qardaşının adına ölüm haqqında şəhadətnamə almaq üçün tibbi sənəd təqdim olunmamışdır. Hazırda qardaşının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, o cümlədən, ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X5 ifadəsində bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin qardaşı İlham oktyabr ayının 04-də vəfat edib. Yas mərasimlərində iştirak etmişdir. X1 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin qardaşı İlham oktyabr ayının əvvəllərində vəfat edib. Mərhum Lökbatan qəbristanlığında dəfn olunub. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs X7 ərizəçinin qardaşıdır, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Təcili və X6 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 04 oktyabr 2025-ci il tarixdə ünvan 1 ünvana X4 adına çağırış daxil olmuş, təcili yardım briqadası saat 12:20-də həmin ünvana gəlmiş, adına çağırış daxil olmuş şəxsin vəfat etdiyini aşkar etmiş, «Həkimə qədər ölüm. Kişi cinsli meyit» barədə qeyd aparmışdır. Bakı şəhəri Qaradağ rayonu Lölbatan qəsəbə məscidi dini icması tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 12 saylı arayışından görünür ki, X7 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Mərhum Lökbatan qəsəbə qəbristanlığında dəfn edilmişdir. 3 nömrəli birləşmiş şəhər xəstəxanasının 10 oktyabr 2025-ci il tarixli 124 saylı məktubundan görünür ki, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş və 04 oktyabr 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X7 3 nömrəli BŞX-nin İİ şöbəsində qeydiyyatda olsa da, ölüm hadisəsi baş verərkən sahə həkiminin baxışı olmadığından və ölümə səbəb ola biləcək heç bir sənədi olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Bakı şəhəri Maraqlı şəxs 11 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən X4 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X4 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş X7 04 oktyabr 2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş X4 04 oktyabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3971/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3971/2025
01.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver