Məhkəmə qərarları › İş №2(002)-4008/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4008/2025

05.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4008/2025 05.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X8 onun oğlu olmaqla xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuşdur. 16 avqust 2025-ci il tarixdə oğlunun vəziyyəti ağırlaşdığına görə Bakı şəhəri Təcili və Təxirə salınmaz X4 çağırış etməklə həkim çağırmışlar. Həkm gələnə kimi artıq oğlu vəfat etmişdir. Oğlunu el adəti ilə Lökbatan qəsəbə qəbirstanlığında dəfn etmişlər və yas mərasimi keçirmişlər. Onlar vaxtında mərhumun ölməsinə dair ölüm haqqında şəhadətnamə almamışlar. Sonradan bu barədə 3 mömrəli birləşmiş şəhər xəstəxanasına müraciət etsə də ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda isə ölüm faktının müəyyən edilməsi bəzi hüquqi sənədlər əldə etmək üçün zəruri olduğundan məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, iş yükünün çoxluğu ilə əlaqədar işə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçinin oğlu 16 avqust 2025-ci il tarixdə vəfat etmişdir. Lökbatan qəbirstanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçinin oğlu 16 avqust 2025-ci il tarixdə ürəktutmasından vəfat etmişdir. Lökbatan qəbirstanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 23 avqust 2025-ci il tarixli, 3-16-5/7-15-1295/2025 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat edən X3 ölümünün qeydə alınması barədə ərizəyə baxılmış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 125 saylı, 13 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş və xx.xx.2025-ci il tarixdə vəfat etmiş X8 3 nömrəli BŞX İİ şöbədə qeydiyyatda olmayıb və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Təcili və X6 Stansiyasının xx.xx.2025-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanına X3 adına çağırış olmuş, həkim gələnə kimi kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Lökbatan qəsəbə məscidi Dini icması tərəfindən verilmiş 13 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 16 avqust 2025-ci il tarixdə vəfat etmiş, Qaradağ rayonu Lökbatan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunduğundan, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar