Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4136/2023 14.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə bağlanan xx.xx.2023-cü il tarixli “Barışıq sazişi”nin məcburi icrası üçün həmin Sazişin məhkəmə qaydasında təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli “Barışıq sazişi”nə əsasən tərəflər, yəni Ərizəçi və X2rşılıqlı razılığa gələrək ünvan 1 ünvanında yerləşən X6 adına sənədləşən mənzili və **-VJ-*** qeydiyyat nişanlı, “Ford Fusion” markalı avtomobili sataraq əldə olunan məbləğin 50%-i birinci tərəf, 50%-i isə ikinci tərəf arasında bölünəcəyi barədə razılaşmışlar. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs arasında 13 noyabr 2023-ci il tarixdə Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişindən görünür ki: -Tərəflər, yəni Ərizəçi və Maraqlı şəxs qarşılıqlı razılığa gələrək, ünvan 1 ünvanında yerləşən X3 adına sənədləşən mənzili və **-VJ-*** qeydiyyat nişanlı, “Ford Fusion” markalı avtomobili sataraq əldə olunan məbləğin 50%-i birinci tərəf, 50%-i isə ikinci tərəf arasında bölünəcək. -Tərəflər qarşılıqlı razılığa gəldilər ki, nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbi hissəsini məhkəmə müstəvisində həll edəcəklər. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 13 noyabr 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 13 noyabr 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış, şərtləri ağdakılardan ibarət olan barışıq sazişi təsdiq edilsin. -Tərəflər, yəni Ərizəçi və Maraqlı şəxs qarşılıqlı razılığa gələrək, ünvan 1 ünvanında yerləşən X6 adına sənədləşən mənzili və 90 VJ-023 qeydiyyat nişanlı, “Ford Fusion” markalı avtomobili sataraq əldə olunan məbləğin 50%-i birinci tərəf, 50%-i isə ikinci tərəf arasında bölünəcək. -Tərəflər qarşılıqlı razılığa gəldilər ki, nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbi hissəsini məhkəmə müstəvisində həll edəcəklər. Ödənilmiş 100 dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-4136/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4136/2023
14.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver