Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-4243/2023 12.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və müavinət pulunun qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 704.00 manat dəyərində 8 qram 585 əyarlı 1 ədəd tros toxunuşlu qızıl boyunbağı, 316.80 manat dəyərində 3.6 qram 585 manat əyarlı 1 cüt lent toxunuşlu qızıl sırğa, 387.20 manat dəyərində 4.4 qram 585 əyarlı 1 cüt damla formalı qızıl sırğa, 286.00 manat dəyərində 3.25 qram 585 əyarlı 1 ədəd üzük, 281.60 manat dəyərində 3.2 qram 585 əyarlı 1 ədəd qızıl nişan üzüyü olmaqla, cəmi 5 adda 22.5 qram 1975.60 manat dəyərində qızıl-zinət əşyalarının özü, özü olmadıqda dəyərinin, həmçinin dövlət tərəfindən məcburi köçkünlərə verilən 01 sentyabr 2022-ci ildən 31 dekabr 2023-cü il müddət ərzində-16 aylıq, hər ay 60 manat olmaqla, cəmi 960 manat müavinət pulunun, habelə qızıl-zinət əşyalarının qiymətləndirmə xidmətinin dəyəri olan 65 manatın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Hazırkı halda “AZEMİS” X1 əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh rəsmi qeydiyyat ünvanı Füzuli rayonu, Pirəhmədli ə/d, Aşağı Rəfidinli kəndidir. Bu halda məhkəmə hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyətinə görə Qaradağ Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, ərizə geri qaytarıldığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılır. Məhkəmə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı ona məxsus 704.00 manat dəyərində 8 qram 585 əyarlı 1 ədəd tros toxunuşlu qızıl boyunbağı, 316.80 manat dəyərində 3.6 qram 585 manat əyarlı 1 cüt lent toxunuşlu qızıl sırğa, 387.20 manat dəyərində 4.4 qram 585 əyarlı 1 cüt damla formalı qızıl sırğa, 286.00 manat dəyərində 3.25 qram 585 əyarlı 1 ədəd üzük, 281.60 manat dəyərində 3.2 qram 585 əyarlı 1 ədəd qızıl nişan üzüyü olmaqla, cəmi 5 adda 22.5 qram 1975.60 manat dəyərində qızıl-zinət əşyalarının özü, özü olmadıqda dəyərinin, həmçinin dövlət tərəfindən məcburi köçkünlərə verilən 01 sentyabr 2022-ci ildən 31 dekabr 2023-cü il müddət ərzində-16 aylıq, hər ay 60 manat olmaqla, cəmi 960 manat müavinət pulunun, habelə qızıl-zinət əşyalarının qiymətləndirmə xidmətinin dəyəri olan 65 manatın Cavabdeh alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-4243/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-4243/2023
12.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver