Məhkəmə qərarları › İş №2(002)-4277/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4277/2025

23.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4277/2025 23.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş X3 18 sentyabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 50 «a» saylı evin 62 saylı mənzilində qeydiyyatda olan anası X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Anasının adına ölüm haqqında şəhadətnamə almamışdır. Sonradan bununla bağlı 3 nömrəli Birləşmiş şəhər xəstəxanasına və Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ona anasının adına ölüm haqqında şəhadətnamə verilməmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda anasının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, o cümlədən, ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X1 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin anası vəfat edib. Korgöz qəsəbə qəbristanlığında dəfn edilib. Yasda iştirak etmişdir. X2 ifadəsində bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin anası sentyabr ayının 18ci vəfat edib. Yasda iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs X6 ərizəçinin anasıdır, xx.xx.1959-cu il tarixdə doğulmuşdur. Respublika Təcili və X5 Mərkəzi PHŞ tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 18 sentyabr 2025-ci il tarixdə ünvan 1 ünvana X3 adına çağırış daxil olmuş, təcili yardım briqadası saat 23:04-də həmin ünvana gəlmiş, adına çağırış daxil olmuş şəxsin vəfat etdiyini aşkar etmiş, «Həkimə qədər ölüm. Qadın cinsli meyit» barədə qeyd aparmışdır. Qohumlarının bildirdiyinə görə mərhumənin ürəyi ağrıyırmış. Mərhumənin yaxınlarına 3 gün ərzində poliklinikaya müraciət edilməsi tövsiyə olunmuşdur. Qızıldaş bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 175 saylı arayışından görünür ki, X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Mərhumə Qaradağ rayonu Korgöz qəsəbə qəbristanlığında dəfn edilmişdir. 3 nömrəli birləşmiş şəhər xəstəxanasının 04 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş və xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X3 ölümünü təsdiqləyən heç bir sənəd olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Bakı şəhəri Maraqlı şəxs 07 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən X3 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş X6 18 sentyabr 2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş X3 18 sentyabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar