Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-428/2024 02.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci ildə anadan olmuş qardaşı X3 08 dekabr 2012-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X11 ərizəyə uyğun izahat verərək bildirdi ki, ərizəçi onun atası, X8 isə əmisidir. X2 30 yanvar 1962-ci ildə doğulmuş və onlarla birlikdə Ələt qəsəbəsində yaşamışdır. X1 08 dekabr 2012-ci il tarixdə vəziyyəti ağırlaşdığına görə yaşadığı ünvana həkim çağırmışlar, həkim gələnə kimi ürək tutmasından artıq vəfat etmişdir. Onların başı dəfn işlərinə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışlar. Vəfatından sonra ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etsələr də, ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu səbəbdən ölüm haqqında şəhadətnaməsini hələ də ala bilmirlər, bu səbəbdən ərizəçiyə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən ərizəçi ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur, 20 ildir qonşudurlar. Mərhumun xx.xx.2012-ci il tarixdə vəziyyəti ağırlaşmış, yatıb oyanmamış və həkim gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, ərizəçinin və mərhumun bacısıdır. Mərhum qardaşının xx.xx.2012-ci il tarixdə vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Mərhum qardaşı ailə qurmamışdı, təzyiq xəstəsi idi. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 32 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1962-ci ildə anadan olmuş və xx.xx.2012-ci il tarixində Bakı şəhərində vəfat etmiş X8 üçün müraciət edilmədiyinə görə 32 nömrəli Şəhər Poliklinikası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 30 yanvar 1962-ci ildə anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan AZ seriyalı, 158518 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 atası X9r, anası X12r. İş materiallarında olan İİ-İE seriyalı, 045049 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X9r, anası X12r. İş materiallarında olan AZE seriyalı, 04185794 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Ələt qəsəbəsi, Axundov küçəsi, ev 5-də yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Ələt qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1621 saylı arayışdan görünür ki, Qarayev X4 rayonu, Ələt qəsəbəsi, Salyan Yolu, İ massiv küçəsi, 7D nömrəli evdə yaşayır. İş materiallarında olan Bakı şəhəri Təcili və X10 Stansiyası 20 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 08 dekabr 2012-ci il tarixdə saat 14:20 radələrində Ələt qəsəbəsi, Axundov küçəsi 5 ünvanına X3 adına çağırış daxil olmuşdur, xəstənin nəbzi, tənəffüsü, ürək tonları, bədənində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Hüseynova Aygün, İsrafilov Tarverdi, Hacıyev Mirhüseyn tərəfindən tərtib edilmiş və öz imzaları ilə təsdiq etdikləri ərizədən görünür ki, Ərizəçi və X8 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi, 5 nömrəli evdə ailələri ilə birgə yaşamışlar. İş materiallarında olan qəbirüstü fotoşəkildən görünür ki, qəbir daşında X8 barəsində xx.xx.1962-ci il - 08 dekabr 2012-ci il tarixləri qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin qardaşı xx.xx.1962-ci ildə doğulmuş X3 08 dekabr 2012-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi qardaşı xx.xx.1962-ci ildə anadan olmuş X3 08 dekabr 2012-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-428/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-428/2024
02.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver