Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4285/2025 12.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Babayeva Nərmin Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci ildə Cəbrayıl rayonunda anadan olmuş X3 vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X10 xx.xx.1974-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Bildirmək istəyir ki, Azərbaycan Respublikası "Respublika Təcili Və X8 Mərkəzi" Publik Hüquqi şəxsinə ünvanladığı 13 oktyabr tarixli ərizəmə cavab olaraq 16 oktyabr 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində saat 22:27-də ünvan 1 ünvanından Əli adlı şəxsin adına "halı pis" səbəbi ilə çağırış daxil olmuşdur. Qaradağ TTTSY 1 saylı bölmənin həkimi Maya Məşədizadə çağırışı icra etmiş, X6 məxsus meyit ilə rastlaşmış “Həkimə qədər ölüm. Kişi cinsli meyit" diaqnozu qoyulmuşdur. Beləliklə, Tibb Mərkəzinin arayışının məzmunundan göründüyü kimi mərhum oğlu X1 yaranan ciddi problemlərlə əlaqədar xəstəxanaya çatdırılan zaman dünyasını dəyişmişdir. Qaradağ Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli "RTTTYM" PH-in Direktoru, Mirələm Calalova ünvanlanan məktubda mərhumun bacısı X2 xx.xx.1974-cü il təvəllüdlü X10 barəsində ölüm faktının qeydə alınması barədə arayış verilməsi qeydə alımışdır. Beləliklə, Tibb Mərkəzinin arayışının məzmunundan göründüyü kimi mərhum oğlu X1 yaranan ani problemlərlə yaşadıgı Qobu-Park 1" Yaşayış Kompleksi ev 10 mənzil 66 ünvanından dünyasını dəyişmişdir. Göründüyü kimi, o oglunun ölum sənədini əldə edə bilmir. Bir ana kimi həmin sənədi əldə edabilmədiyi ücün, çətinlik çəkir. Hesab edir ki, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən, və o həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. O həmçinin bildirdi ki, X10 Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində vəfat etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5 maddəsinə əsasən Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırda ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə, ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Resbuplikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi “Respublika Təcili və X9 Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:27-də “Respublika Təcili və X9 Mərkəzi” Publik Hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə “103” ünvan 2 ünvanından Əli adlı şəxsin (51 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı ünvan 3 ünvanda X7 (51 yaş) məxsus meyit ilə rastlaşmış “Həkimə qədər ölüm. Kişi cinsi” diaqnozu qoymuşdur. Hadisə barədə 10-cu PB-in əməkdaşı Zahidova məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Lökbatan bələdiyyəsi arayışından görünür ki, X10 xx.xx.2025-ci Lökbatan qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, vəfat edən şəxs qardaşıdır. Qardaşı 27 sentyabrda vəfat edib. 50 yaşı olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Məhkəmə araşdırması əsasında müəyyən olunmuşdur ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən göründüyü kimi, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin oğludur. Ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir:ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;-ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, X10 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından və ərizəçinin oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun qardaşı olan X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində vəfat etməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü ildə Cəbrayıl rayonunda anadan olmuş X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti elektron kabineti vasitəsi ilə verilə bilər. Hakim: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №2(002)-4285/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4285/2025
12.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver