Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4325/2025 24.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2025-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı 22 saylı X2 Zöhrab Güləmxan oğlu ilə aralarında fikir ayrılığı və mübahiəsni qarşılıqlı razılıqla həll etmək üçün mediator X9 iştirakı ilə barışıq sazıq imzalanmışdır.Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir. Belə ki. Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş 21,05.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ei il təvəllüdlü X1 yetkinlik vaşma çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 manat, üç uşağa görə cəmi 360 manat sabit pul məbləğində alimentin ödəməsinin öhdəsinə götürülməsi barədə barışıq sazişi bağlanmışdır.Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin bağladıqdan sonra barışıq sazişi ilə müəyyən edilmiş pulu ödəməyəcəyini bildirmişdir. Nəticədə "Mediasiya haqqında” Azərbaycan Respublikam Qanunun 34.1-ci maddəm ilə müəyyən edilmiş müddət keçmiş və aliment ödənilməmişdir. Ərizəçi məhkəmə iclasında izahatında ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, barışıq sazişinə görə hər uşaq üçün hər ay 120 manat məbləğində aliment tutulmuşdur. 2025-ci ildə mediasiya yenə də hər uşaq üçün hər ay 120 manat məbləğində aliment təyin etmişdir. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, barışıq sazişinin təsdiqlənməsinə razıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər arasında aşağıdakı şərtlərə dair razılığa gəlmişdilər:
1. Tərəflər razılaşırlar ki, (2-ci tərəf) ata- Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci ıl təvəllüdlü X3 hər ay hər birinə 120 manat (cəmi 360 manat) aliment ödəməyi öz öhdəsinə götürmüşdür. (1-ci tərəf) ana X11 bu aliment məbləği ilə razıdır. Aliment məbləği hər ay (1- ci tərəf) ana - Ərizəçi xeyrinə ödənilsin.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2{002)-699/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilmiş aliment məbləği öz qüvvəsində qalsın. İş materiallarında olan AZE seriyalı,11649424 nömrəli, 7UV22HA fin kodlu şəxsiyyəti təsdiq edən sənədin surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X5 atası Maraqlı şəxs, anası Maraqlı şəxs qızıdır. İş materiallarında olan AZE seriyalı,11649425 nömrəli, 7V6Z3HN fin kodlu şəxsiyyəti təsdiq edən sənədin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X7 atası Maraqlı şəxs, anası Maraqlı şəxs qızıdır. İş materiallarında olan AZE seriyalı, 11122866 nömrəli, 8CJTQZZ fin kodlu şəxsiyyəti təsdiq edən sənədin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Maraqlı şəxs qızıdır. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin 2(002)-699/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin nikahı pozulmuş, uşaqlar anada qalmış, hər uşaq üçün hər ay 120 manat aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 26-cı maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 26.2. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-ci maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-699/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün hər ay 120 manat aliment tutulması qət edilmişdir. Bundan sonra tərəflər yenidən mediasiyaya müraciət edərək hər uşaq üçün hər ay 120 manat aliment tutulması barədə barışıq sazişi bağlanmışdılar. Belə olan halda mediasiyada yen hal müəyyən olunmadan təzədən həmin məbləğə dair barışıq sazişi bağlamışlar ki, bu da hüquqi müəyyənlik prinsipinə və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təsdiq oluna bilməz. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə rədd edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin təsdiqi barədə ərizə təmin olunmasın. Ödənilmiş 100(yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Qamət Əbilov.