Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4333/2025 13.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası, xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun atasıdır. Atası xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.2025-ci il tarixdə atasının vəziyyəti ağır olduğuna görə, Bakı şəhəri Təcili və X3 Stansiyasına müraciət edərək həkim çağırmışdır. Lakin həkim gələnə qədər atası vəfat etmişdir. Atası el adəti ilə Müşfiqabad qəsəbə qəbristanlığında dəfn edilmişdir və yas mərasimləri keçirilmişdir. Hüquqi savadı olmadığından bu barədə lazımi orqana müraciət edərək ölüm haqqında şəhadətnaməni vaxtında almamışdır. Sonradan bu barədə Maraqlı şəxsnə müraciət etsə də, anasının adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda anasının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin alınması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə məktub göndərərək, iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X7 ifadəsində bildirdi ki, ərizəçigillə qonşudurlar. Ərizəçinin atası 2025-ci ildə vəfat edib. Ərizəçinin atası Müşfiqabad qəsəbə qəbristanlığında dəfn olunub. Yas mərasimində iştirak etmişdir. X1 ifadəsində bildirdi ki, ərizəçigil onların qonşusudur. Ərizəçinin atası ötən il vəfat edib. Mərhum Müşfiqabad qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs X6 ərizəçinin atasıdır, xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunmuş TƏBİB PHŞ Respublika Təcili və X3 Mərkəzi PHŞnın xx.xx.2025-ci il tarixli 18-1-88/2-4377/2025 saylı məktubundan görünür ki, vətəndaş Güloğlan Əzimov (73 yaş) xx.xx.2025-ci il tarixdə saat 18:12-də Binəqədi TTTYS 2 saylı bölməsinə birbaşa müraciət etmişdir. Lakin bölmədə həkim briqadası olmamışdır. Dispetçer bölməyə təcili yardım briqadası çağırmış, lakin xəstə gəlməsini gözləmədən bölməni tərk etmişdir. xx.xx.2025-ci il tarixdə saat 21:30-da ünvan 1 ünvandan Güloğlan Əzimovun (73 yaş) adına daxil olan çağırışı ünvan 2 ünvanda X4 (73 yaş) məxsus meyit ilə rastlaşmış «Həkimə qədər kişi cinsli meyit» diaqnozu qoymuşdur. Hadisə barədə 10-cu Polis Bölməsinin əməkdaşı Həsənova məlumat verilmişdir. Qaradağ rayonu Müşfiqabad bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 272 saylı arayışından görünür ki, X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Mərhum Qaradağ rayonunun inzibati ərazisi olan Müşfiqabad qəbristanlığında dəfn edilmişdir. 13 nömrəli şəhər poliklinikasının 01 noyabr 2025-ci il tarixli 18-1-1-80/2-Ə-200-42- 174/2025 saylı məktubundan görünür ki, xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 hər hansı bir ölümə səbəb olacaq xəstəliklə poliklinikaya müraciət etmədiyindən, ölüm haqqında şəhadətnamə verilməmişdir. Bakı şəhəri Maraqlı şəxs 05 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən X2 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X2 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-4333/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4333/2025
13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver