Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4375/2025 27.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı, 12 iyul 2025-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 08 noyabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 onun qızıdır. Övladı Nəzakət xx.xx.2025-ci il tarixdə doğulmuş və vəfat edənə kimi onunla birlikdə ünvan 1 ünvanda yaşamışdır. Qızı bir neçə dəfə həkim müayinəsində olmuş, lakin hakimlər qızının ürəyində yırtıq olmasını onlara bildirməmişlər. Əksinə, həkimlər övladının sağlamlıq baxımından heç bir probleminin olmadığını demişlər. xx.xx.2025-ci il tarixdə qızının vəziyyəti qəfildən ağırlaşmış və bu səbəbdən həkim çağırmışlar. Həkim gələnə kimi qızı vəfat etmişdir. Övladının ürəyində problemlər olmasını təcili yardıma gələn həkim bildirmişdir. Qızını el adəti ilə Sanqaçal qəsəbəsində yerləşən Sofi Həmid qəbristanlığında dəfn etmişlər. Lakin həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsələr də, qızının adına ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olan tibbi şəhadətnamə verilməmişdir. Hazırda qızının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, eləcə də, ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 ifadəsində bildirdi ki, ərizəçinin körpə uşağı vəfat edib. Uşaq 2025-ci ildə vəfat edib. Ərizəçi ona zəng vurmuşdur ki, övladı vəfat edib. İşə gəlməməsi üçün icazə almışdır. O, növbə rəisi işləyir, ərizəçi yanında işləyir. Ərizəçinin övladı Sofi Həmid qəbristanlığında dəfn olunub. X1 ifadəsində bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin körpə qızı 08 noyabr 2025-ci ildə vəfat edib. Dəfn mərasimində iştirak etməmişdir. Məhlədən keçəndə görmüşdür ki, post patrul xidmətinin və təcili yardımın maşınları var. Yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin qızıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixdə verilmiş AZ-V seriyalı 120666 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Təcili və X3 Stansiyası tərəfindən verilmiş 08 noyabr 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə ünvan 2 ünvana X2 adına çağırış daxil olmuş, 1 saylı bölmənin təcili tibbi yardım briqadası saat 09:07-də həmin ünvana gəlmiş və həkimə qədər ölüm – qadın cinsli meyit aşkar etmişdir. Sanqaçal bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 03/54 saylı arayışından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Sanqaçal qəsəbəsində yerləşən «Sofi Həmid» piri qəbristanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs 13 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən X2 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X2 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. 3 nömrəli birləşmiş şəhər xəstəxanasının 12 noyabr 2025-ci il tarixli 146 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində doğulmuş və xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində vəfat etmiş X2 3 nömrəli BŞX-nin İİ şöbəsində qeydiyyatda olduğu, lakin ölüm hadisəsi baş verərkən sahə həkiminin baxışı olmadığından və ölümə səbəb ola biləcək heç bir sənəd olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi qızının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 12 iyul 2025-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 08 noyabr 2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 iyul 2025-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 08 noyabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-4375/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4375/2025
27.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver