Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4395/2025 27.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2025ci il tarixdə Bakı şəhərində müəyyən vaxtda və şəraitdə ölməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 onun qardaşıdır. Qardaşı xx.xx.1995-ci il tarixdə doğulmuş, onlarla birlikdə Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yaşamışdır. xx.xx.2025-ci il tarixdə qardaşının vəziyyəti ağırlaşdığına görə yaşadıqları ünvana həkim çağırmışlar. Lakin həkim gələnə kimi qardaşı vəfat etmişdir. Qardaşını el adəti ilə dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn və yas mərasimlərinə qarışmış və şəhadətnamənin alınması üçün lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsələr də, qardaşının adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda qardaşının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, o cümlədən qardaşının adına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X5 ifadəsində bildirdi ki, ərizəçinin nümayəndəsi ilə sinif yoldaşı olmuşdur. Ərizəçinin qardaşı, nümayəndəsinin digər oğlu vəfat etmişdir. Mərhum Sofihəmid qəbristanlığında dəfn olunub. Dəfn və yas mərasimlərində iştirak etmişdir. X2 ifadəsində bildirdi ki, Seyfəddin həm dostu, həm də sinif yoldaşıdır. Xəbər gəldi ki, Seyfəddinin oğlu dünyasını dəyişib. Mərhum Sofihəmid qəbristanlığında dəfn olunub. Dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs X3 ərizəçinin qardaşıdır, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Təcili və X4 Stansiyası PHŞ-nın xx.xx.2025-ci il tarixli sahə həkimi xəbərdarlıq vərəqəsindən görünür ki, X1 adına Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvandan çağırış daxil olmuş, çağırışa 20 saylı KYS-nin təcili tibbi yardım briqadası gəlmiş, ünvana saat 05:38-də gələn həkim kişi cinsli meyit aşkar etmişdir. Qaradağ rayonu Qobustan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 83/QB saylı arayışından görünür ki, xx.xx.1995-ci il tarixdə doğulmuş və xx.xx.2025-ci il tarixdə vəfat etmiş X3 qonşuların tərtib etdiyi xx.xx.2025-ci il tarixli akta əsasən baxış keçirilməklə müəyyən edilmişdir ki, Qaradağ rayonu Sanqaçal qəsəbəsində yerləşən «Sofi Həmid piri» qəbristanlığında dəfn edilmişdir. X11 PHŞ-nin 13 noyabr 2025-ci il tarixli 18-1-13-/3-413/2025 saylı məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Belə ki, X1 qeyd edilən ölüm tarixinədək X8 (həkimə) müraciəti qeydə alınmamışdır. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən X1 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X1 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-4395/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4395/2025
27.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver