Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-445/2023 25.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, tərcüməçi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu ildə doğulmuş atası X4 16 dekabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X2 atasıdır. Atası X8 xx.xx.1969cu ildə doğulmuşdur, bir ünvanda yaşamışlar, atası alkoqolizmdən əziyyət çəkmiş, bir müddət müalicə almış, sonradan yenə içməyə başlamışdır. 16 dekabr 2022-ci il tarixdə atasının vəziyyəti ağırlaşdığına görə yaşadığı ünvana həkim çağırmışlar, həkim gələnə kimi atası vəfat etmişdir. Atasını el adəti ilə Lökbatan qəsəbə qəbirstanlığında dəfn etmişlər və yas mərasimi keçirmişlər. Onun başı dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, ərizəçinin ailəvi dostu və qonşusudur. Mərhum əvvəllər alkoqolizmdən müalicə almış, daha sonra müalicədən imtina etmişdir. xx.xx.2022-ci il tarixdə mərhumun vəziyyətinin ağırlaşması ilə bağlı ona zəng etmişlər, o, gələndə X8 artıq vəfat etmişdi. Təcili yardım həkimi onun vəfat etdiyini təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Uzun müddətdən bəri qonşudurlar. Mərhum spirtli içki aludəçisi idi. X8 xx.xx.2022-ci il tarixdə vəziyyəti ağırlaşmaqla vəfat etmişdir. Təcili yardım həkimi onun vəfat etdiyini təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 ASM-də qeydiyyatda olmayıb və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Dadaşov Orxan, Ağayeva Nərminə, Ağayeva Natella tərəfindən tərtib edilmiş aktdan görünür ki, X8 həqiqətən xx.xx.2022-ci il tarixdə yaşadığı Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 2A, mənzil 60 ünvanında vəfat etmişdir. İş materiallarında olan VXİİİ-JQ seriyalı, 333122 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Ərizəçi atası X3. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan bələdiyyəsi tərəfindən verilmiş 02/869 saylı arayışdan görünür ki, X8 həqiqətən də 17 dekabr 2022-ci il tarixdə Lökbatan qəbirstanlığlında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyası 15 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 16 dekabr 2022-ci il tarixdə saat 18:39 radələrində X4 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan X6 məxsus AA No ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 01 avqust 1969-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası xx.xx.1969-cu ildə doğulmuş X4 16 dekabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1969-cu il təvəllüdlü X4 16 dekabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-445/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-445/2023
25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver