Məhkəmə qərarları › İş №2(002)-448/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-448/2022

17.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-448/2022 17.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 onun bacısıdır. 22 iyun 1989-cu ildə Bakı şəhərində doğulmuşdur. Onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Bacısı 30 oktyabr 2006-ci ildə yaşadığı evdə vəfat etmişdir. Bacısını el adəti ilə Qarakosa kənd qəbirstanlığında dəfn etmişlər. Bacısı xəstəxanada qeydiyyatda olmadığından həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışdır. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə aidiyyəti orqana müraciət etməmişdir. Sonradan bu barədə poliklinikaya müraciət etsələr də ona ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verməmişlər. Hazırda ölüm faktının müəyyən edilməsi bacısına ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Göstərilənləri nəzərə alaraq, 12.06.1989-cu ildə Bakı şəhərində doğulmuş X3 30.10.2006-cı ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, mərhum X5 qonşusu olmuşdur, 30.10.2006-cı il tarixdə xəstəlikdən vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Səmədova Sadəgül Vəkil qızı ifadəsində göstərdi ki, mərhum X5 qonşusu olmuşdur, 30.10.2006-cı il tarixdə vəfat etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 tərkibində fəaliyyət göstərən Bakı Baş Səhiyyə İdarəsinin Qaradağ rayonu 32 nömrəli səhər poliklinikası tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli, 231 saylı məktubdan görünür ki, 12.06.1989-cu il təvəllüdlü X4 32 nömrəli poliklinikada tibbi qeydiyyatda olmuş, 2005-ci ildən leykoz diaqnozu ilə dispanser nəzarətə götürülmüşdür. Lakin xəstənin müalicəsi ilə bağlı onlara müraciət edilməmişdir. Yaxınlarının verdiyi məlumata görə 30.10.2006-ci ildə vəfat etmişdir. TTY-dan ölümü təsdiq edən xəbərdarlıq vərəqəsi alınmış, lakin xəbərdarlıq vərəqəsi ilə vaxtında poliklinikaya müraciət edilməmişdir. İş materiallarında olan BŞT və TTYS-nin 20 saylı köməkçi stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, 30.10.2006-cı il tarixdə X3 adına çağırış olmuş, xəstə üzərində aparılmış müayinə zamanı həkimə qədərki qadın cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Qaradağ rayon Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 09.12.2021-ci il tarixli, 887 saylı arayışından görünür ki, mərhumə 12.06.1989-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. 30 oktyabr 2006-ci ildə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Qohumları və yaxınları tərəfindən Qarakosa kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 16 dekabr 2021-ci il tarixli, 05/Q-1813/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 30.10.2006-cı il tarixdə Bakı şəhərində vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 12.06.1989-cu ildə Bakı şəhərində doğulmuş X3 30.10.2006-cı ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar