Məhkəmə qərarları › İş №2(002)-4522/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4522/2025

15.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4522/2025 15.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 6 saylı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış «Barışıq sazişi»nin 2.2 və 2.3-cü bəndinin «Tərəflər razılığa gəldi ki, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində qalsınlar. Tərəflər razılığa gəldi ki, Ərizəçi himayəsində olan uşaqların saxlanılması üçün hər bir uşağa hər ayın 20-si tarixində nağd qaydada 120 manat aliment ödənilsin» hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməklə, qəbul edilmiş qətnamənin məcburi icraya yönəldilməsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı X1 Famil Xanəli oğlu ilə aralarında fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X2 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişində Maraqlı şəxs xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 onun himayəsində qalması və uşaqların saxlanılması üçün hər bir uşağa hər ayın 20-si tarixində nağd qaydada 120 manat aliment ödəməsini öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin tələblərini yerinə yetirməmiş, alimenti ödəməmişdir. Nəticədə, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir. Aliment ödənilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/6-00019 saylı Barışıq Sazişindən görünür ki: 2.1. Tərəflər xx.xx.2009-cu il tarixdə 349 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. 2.2. Tərəflər razılığa gəldi ki, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində qalsınlar. 2.3. Tərəflər razılığa gəldi ki, Ərizəçi himayəsində olan uşaqların saxlanılması üçün hər bir uşağa hər ayın 20-si tarixində nağd qaydada 120 manat aliment ödənilsin. 2.4. Tərəflər razılığa gəldi ki, 29.12. 2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 ataları Maraqlı şəxs ilə ünsiyyəti sərbəstdir. Heç bir maneə yaradılmayacaqdır. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin tam təsdiq edilməsinə maneə yaradan hal mövcuddur. Çünki, nikahın pozulması məsələsinə mülki iddia icraatı qaydasında məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Ərizəçi qeyd edilən halı bildiyi üçün, məhkəməyə ərizə təqdim edərkən, barışıq sazişinin tam şəkildə təsdiq edilməsini deyil, yalnız 2.2 və 2.3-cü bəndlərinə münasibətdə təsdiq edilməsini xahiş etmişdir. Uşaqların ananın yanında saxlanılması və atanın uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün anaya aliment ödəməsi hissəsində barışıq sazişinin təsdiq edilməsinə maneə yoxdur. Belə ki, MPM-in 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/6-00019 saylı Barışıq Sazişi qismən, 2.2 və 2.3-cü bəndlərə dair hissədə təsdiq olunmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/6-00019 saylı Barışıq Sazişi qismən, aşağıdakı şərtlər daxilində: «2.2. Tərəflər razılığa gəldi ki, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində qalsınlar. 2.3. Tərəflər razılığa gəldi ki, Ərizəçi himayəsində olan uşaqların saxlanılması üçün hər bir uşağa hər ayın 20-si tarixində nağd qaydada 120 manat aliment ödənilsin.» təsdiq olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar