Məhkəmə qərarları › İş №2(002)-461/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-461/2024

30.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-461/2024 30.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı « qızıl-zinət əşyalarının geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, cabdeh Cavabdeh ona məxsus aşağıdakı əşyaların-Yataq, Qonaq, Yumuşaq mebel dəsdi cəmi-5000 manat, Televizor plazma-800 manat, Kamot üstü dəst qablar 6 ədəd-600 manat, Kuxna mebeli, Kuxna stol və stulu-1600 manat, Ət çəkən-70, Xalçalar 4 ədəd, kuxna, kalidor, Qonaq otağı və yataq otağında olanlar cəmi-1000 manat, Ütü və Ütü stolu-100 manat, Şirə çəkən-50 manat, Çaydan-40 manat, Kofe servizi-180 manat, Kuxnada su kranı-50 manat, Yemək servizi 1 dəst- 350 manat, Çay servizi 1 dəst.-50 manat , Telefon üçün stol-10 manat, 3 ədəd meyvə qabı xrustal-130 manat, Kül qabı 1 ədəd-40 manat, 6 ədəd bakal-100 manat, 2-kamplekt qazan dəsdi-600 manat, 1-ədəd pərdə və 1 ədəd jalyuz- 300 manat , stkanlar 3 karopka-100 manat, Padnus dəsti 1 qutu-70 manat, 1 ədəd Qaşıq çamadan-170 manat , Yataq dəsti ədyal-80 manat, 2-ədəd Ədyal-60 manat, 1 -ədəd Güldan xrustal-30 manat, 2 -karopka Nəlbəki-45 manat, 1-ədəd vanna-10 manat olmaqla dəyəri 11615 manat olan cehiz əşyalarının özünü və yaxud dəyərinin ona ödənilməsi barədə və 125 manat dövlət rüsumnun onun xeyrinə tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 15 mart 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan uşaqları olmamışdır. Aralarında olan nikahın pozulması üçün Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. O, Qəzənfərlə ailə qurarkən onlara məxsus evə gəlin gəlmiş və ona məxsus cehiz əşyaları həmin evdə yerləşdirilmişdir. Cavabdehlə aralarında olan münasibət pozulandan sonra o, atası evinə getməklə ona məxsus cehiz əşyaları cavabdehin evində qalmışdır. Hal-hazırda cavabdeh ona məxsus cehiz əşyalarını verməkdən imtina edir. Ona məxsus olan 11615 manat dəyərində cehiz əşyaları hazırda cavabdehin evindədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini və iddia ərizəsin sadalanan bütün əşyaların onun evində olduğunu bildirərək, iddianın təmin edilməsinə etiraz etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, cavabdehin etirafını nəzərə alaraq ,iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, eləcə də toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 328333 nömrəli nikah haqqında şəhdətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 775 nömrəli akt ilə bağlanmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsaən Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Cavabdeh isə məhkəmə iclaslarında iddia ərizəsində sadalanan əşyaların hamsının onun sahibliyində olduğunu etiraf edərək, iddianın təmin edilməsinə etiraz etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iş üzrə cavabdehin etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi halları müəyyən edilmədiyindən iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazıda məhkəmə yuxarıda sadalanana normaları və cavabdehin etirafını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh aşağıda qeyd olunan əşyalar, “Yataq, Qonaq, Yumuşaq mebel dəsdi cəmi-5000 manat, Televizor plazma-800 manat, Kamot üstü dəst qablar 6 ədəd-600 manat, Kuxna mebeli, Kuxna stol və stulu-1600 manat, Ət çəkən-70, Xalçalar 4 ədəd, kuxna, kalidor, Qonaq otağı və yataq otağında olanlar cəmi-1000 manat, Ütü və Ütü stolu-100 manat, Şirə çəkən-50 manat, Çaydan-40 manat, Kofe servizi-180 manat, Kuxnada su kranı-50 manat, Yemək servizi 1 dəst-350 manat, Çay servizi 1 dəst.-50 manat , Telefon üçün stol-10 manat, 3 ədəd meyvə qabı xrustal-130 manat, Kül qabı 1 ədəd-40 manat, 6 ədəd bakal-100 manat, 2kamplekt qazan dəsdi-600 manat, 1-ədəd pərdə və 1 ədəd jalyuz- 300 manat , stkanlar 3 karopka-100 manat, Padnus dəsti 1 qutu-70 manat, 1 ədəd Qaşıq çamadan-170 manat , Yataq dəsti ədyal-80 manat, 2-ədəd Ədyal-60 manat, 1 -ədəd Güldan xrustal-30 manat, 2-karopka Nəlbəki-45 manat, 1-ədəd vanna-10 manat olmaqla, ona məxsus cehiz əşyaları, onlar mövcud olmadıqda isə onların dəyəri-11615 manat alınaraq İddiaçı veriməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 125 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh aşağıda qeyd olunan əşyalar, “Yataq, Qonaq, Yumşaq mebel dəsti-5000 manat, televizor plazma-800 manat, kamot üstü dəst qablar 6 ədəd-600 manat, kuxna mebeli, Kuxna stol və stulu-1600 manat, ət çəkən-70, xalçalar- 4 ədəd: kuxna, kalidor, qonaq otağı və yataq otağında olanlar cəmi-1000 manat, ütü və ütü stolu-100 manat, şirə çəkən-50 manat, çaydan-40 manat, kofe servizi-180 manat, kuxnada su kranı-50 manat, yemək servizi 1 dəst- 350 manat, çay servizi 1 dəst-50 manat, telefon üçün stol-10 manat, 3 ədəd meyvə qabı xrustal-130 manat, kül qabı 1 ədəd-40 manat, 6 ədəd bakal-100 manat, 2-komplekt qazan dəsti-600 manat, 1-ədəd pərdə və 1 ədəd jalüz- 300 manat , stəkanlar 3 karopka-100 manat, Padnus dəsti 1 qutu-70 manat, 1 ədəd qaşıq çamadan-170 manat, yataq dəsti ədyal-80 manat, 2-ədəd ədyal-60 manat, 1 -ədəd güldan xrustal-30 manat, 2-karopka nəlbəki-45 manat, 1-ədəd vanna-10 manat olmaqla, ona məxsus cehiz əşyaları, onlar mövcud olmadıqda isə onların dəyəri-11615(on bir min altı yüz on beş) manat alınaraq İddiaçı verilsin. Ödənilmiş 125(yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar