Məhkəmə qərarları › İş №2(002)-466/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-466/2023

16.01.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-466/2023 16.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, X3 iclas katibliyi ilə, Ərizəçi vəkili və nümayəndəsi Vəkil Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, onunla Maraqlı şəxs arasında 22.01. 2022-ci il tarixdə bağlanmış M-00238 nömrəli “Barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2016-cı il tarixdə faktiki nikah münasibətlərinə girərək, ailə həyatı qurmuşdular. Həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım etmir. 22 yanvar 2022-ci il tarixdə keçirilən mediasıya prosesində, Ərizəçi və Maraqlı şəxs arasında birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Maraqlı şəxs onun əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsində sabit pul məbləğində alimentin ödənilməsinə dair razılığa gələrək M-00238 nömrəli “Barışıq sazişi bağlanmışdır. .Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin tələblərini yerinə yetirməmişdir. Nəticədə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir. Aliment ödənilməmişdir. Ərizəçi vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək, öz izahatında iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehin alimenti ödəsə də, vaxtında ödəmədiyini, bu halın isə hüquqlarını müdafiə etdiyi şəxsin narazılığına, hüquqlarının pozulmasına səbəb olduğunu bildirərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında izahatında ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin, maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. İkinci Tərəf- Maraqlı şəxs övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay onun əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsində sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödəməyi öz öhdəsinə götürür. Bununla bağlı Birinci Tərəf öz adına açdırdığı bank kartının rekvizitlərini İkinci tərəfə təqdim etməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından iki uşaqları – xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 hazırda yetkinlik yaşına çatmamışdır. xx.xx.2022-ci il tarixdə Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesində nəticəsində onlar arasında barışıq sazişi imzalanmış, sazişin şərtlərinə görə Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər ay onun əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsində sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə onun təqdim etdiyi bank kartı hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək,mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişində tərəflər arasında alimentin hansı tarixdən tutulması ilə bağlı tarix (xx.xx.2022-ci il tarixdən) qeyd edildiyindən məhkəmə hesab edir ki, alimentın tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış M-00238 nömrəli “Barşıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış M-00238 nömrəli “Barışıq sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin: “Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Ərizəçi xeyrinə hər ay onun qazancının (və başqa gəlirlərinin) 1/3 hissəsində sabit pul məbləğində alimenti Ərizəçi təqdim etdiyi bank kartı hesabına ödəməyi öz öhdəsinə götürür”. Alimentin vaxtı xx.xx.2022-ci il tarixdən hesablansın. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixli barışıq sazişinin şərtləri üzrə indiyədək icra etdiyi öhdəliyi (ödədiyi alimentin məbləğləri) nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar