Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4672/2025 07.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs Kinyaz qızı maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs Kinyaz qızı maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Kinyaz qızı ilə onun arasında Bakı 21 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/21/2025-00002 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o Ərizəçi Maraqlı şəxs Kinyaz qızına qarşı Bakı 21 saylı Mediasiya Təşkilatına müraciət edərək “uşağın anadan alınıb ataya verilməsi” tələbi üçün müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə MŞB/21/2025-00002 nömrəli barışıq sazişi bağlanmışdır. xx.xx.2025-ci il tarixində MŞB/21/2025-00002 nömrəli barışıq sazişinin bağlanmasına dair sazişinin şərtlərinədə 2-ci tərəf (maraqlı şəxs) X2 birgə nikahdan dünyaya gəlmiş xx.xx.2015-ci il təvəllüdlü X1 atasının 1-ci tərəf (ərizəçi) Ərizəçi himayəsinə verilməsinə etiraz etmir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs Kinyaz qızı arasında xx.xx.2025-ci il tarixdə Bakı 21 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/21/2025-00002 saylı Barışıq Sazişindən (ərizə tələbində təsdiq olunması xahiş olunan aliment tələblərinə dair hissəsindən) görünür ki:
1. Birinci tərəf Ərizəçi 21 saylı Mediasiya Təşkilatına müraciət edərək ikinci tərəf Maraqlı şəxs Kinyaz qızı ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2015-ci il təvəllüdlü X1 atanın( Ərizəçi) himayəsinə verilməsinə tələb edir.
2. İkinci tərəf Maraqlı şəxs Kinyaz qızı birinci tərəf Ərizəçi ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2015-ci il təvəllüdlü X1 atanın (Ərizəçi) himayəsinə verilməsinə etiraz etmir. Təqdim olunmuş sənədlərdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs Kinyaz qızı maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs Kinyaz qızı arasında Bakı 21 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/21/2025-00002 saylı barışıq sazişi təsdiq olunmalıdır. 100 manat dövlət rüsumu Maraqlı şəxs Kinyaz qızından tutularaq Ərizəçi ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi (Maraqlı şəxs Kinyaz qızı maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs Kinyaz qızı arasında Bakı 21 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/21/2025-00002 saylı: 1 Birinci tərəf Ərizəçi 21 saylı Mediasiya Təşkilatına müraciət edərək ikinci tərəf Maraqlı şəxs Kinyaz qızı ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2015-ci il təvəllüdlü X1 atanın( Ərizəçi) himayəsinə verilməsinə tələb edir. 2 İkinci tərəf Maraqlı şəxs Kinyaz qızı birinci tərəf Ərizəçi ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2015-ci il təvəllüdlü X1 atanın (Ərizəçi) himayəsinə verilməsinə etiraz etmir– məzmunlu barışıq sazişi təsdiq edilsin. 100 manat dövlət rüsumu maraqlı şəxs Ərizəçi tutularaq ərizəçi Maraqlı şəxs Kinyaz qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kamran Əsədov