Məhkəmə qərarları › İş №2(002)-473/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-473/2025

05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-473/2025 05.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1949-cu il tarixdə Almaniyanın Noy-Ştreliç şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı X1 27 fevral 2024-cü il tarixdə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamənin qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 qonşusu olmuşdur. Yataq xəstəsi olduğundan və heç kimi olmadığından uzun müddət onun qulluğunda durmuşdur. Ona görə də yaşadığı mənzilə dair onunla xx.xx.2021-ci il tarixə renta müqaviləsi bağlamış, həmin mənzilə adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş çıxarış verilmişdir. xx.xx.2024-cü il tarixdə halı pisləşmiş, həmin günü ona təcili yardım çağırılmış, təcili yardım saat təxminən 18-də gəlmiş, xəstəyə yardım etdikdən sonra çıxıb getmişdir. Lakin buna baxmayaraq 27 fevral 2024-cü il tarixdə təxminən saat 7-də vəfat etmişdir. Təcili yardım çağırmağına baxmayaraq həkimə qədər ölüm faktı müəyyən edilmişdir. Bunu şahidlər də təsdiq edə bilər. Onu Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən qəbristanlığında basdırmaqla yas mərasimlərini keçirmişdir. Onun ölümü ilə bağlı xəstəxanaya müraciət etməyinə baxmayaraq ona ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilmədiyindən Maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda X1 müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona dəfn pulu almaq və mənzilə əlavə kommunal xərclərin ödənilməməsi üçün lazımdır. Digər tərəfdən də renta müqaviləsinə görə mənzilin üzərinə məhdudiyyət qoyulmuşdur ki, bu da mülkiyyət hüququqlarını məhdudlaşdırır, həmin məhdudiyyəti götürmək üçün mərhumun ölüm şəhadətnaməsini təqdim etməyi tələb edirlər. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur Ərizəçinin Ərizəçi məhkəmə iclasında izahatında qeyd etdi ki, 30 ildir ki, mərhuma onun özü baxmışdır. Hətta dəfn xərclərini də o, çəkmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd edir ki, mərhum ərizəçinin qonşusu olub, kimsəsiz idi. Ona görə ərizəçi daim onun qulluğundan olmuş və yas mərasimlərini vermişdir. Həmçinin mərhumla ərizəçi arasından mənzilə dair renta müqaviləsi də mövcuddur, hazırda həmin mənzil yüklü qaldığından mərhumun ölüm haqqında şəhadətnaməsi lazımdır ki, mənzilin üzərinə məhdudiyyət götürülsün. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci maddəsinə əsasən Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırda ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə, ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Resbuplikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi ”Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1949cu ildə Bakı şəhərində doğulmuş xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X1 ölümün təsdiqləyən heç bir sənəd olmadığı üçün, yəni xəstəliyi ilə əlaqədar 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Qaradağ rayonu Lökbatan Bələdiyyəsinin arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixində Lökbatan qəsəbəsinin qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan BŞT və TTYS-nin xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 xx.xx.2024-cü il tarixində Qaradağ rayonun Lökbatan qəsəbəsində həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan X3 ilə Ərizəçi arasından bağlanmış xx.xx.2021-ci il tarixli renta müqaviləsindən görünür ki, X3(renta alan) tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 39, mənzil 18 saylı əmlak Ərizəçi(renta ödəyicisi) rentaya verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 39, mənzil 18 saylı mənzil Ərizəçi adına xx.xx.2021-ci il tarixdə ********** saylı nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin sorğusuna Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəi aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1940-cı ilə dair Bakı şəhəri, Molotov (Qaradağ) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X1 təvəllüdü barəsində heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 39, mənzil 18 saylı mənzil renta müqaviləsinə əsasən yüklü edilmişdir. Məhkəmə iclasında dindirilən şahid X6 ifadəsində qeyd etdi ki, mərhum Qalinananı tanıyırdı, onun xasiyyəti dözülməz idi. Amma bununla belə ərizəçi Zərifə ona baxırdı. Qalinanın əri Nizami idi, onu da tanıyırdı, artıq rəhmətə gedib. Onların uşaqları yox idi. Məhkəmə iclasında dindirilən şahid X4 ifadəsində qeyd etdi ki, Qalina ilə 1992-ci ildən qonşudurlar. Onun rəhmətlik yoldaşını da tanıyırdı. Qalinanın uşaqları yox idi deyə onun dəfn mərasimləri qonşular köməkli şəkildə ediblər. 2024-cü ilin fevralında vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Məhkəmə araşdırması əsasında müəyyən olunmuşdur ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən göründüyü kimi, ərizəçi ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs vərəsəsidir. Ərizəçi X7 mərhumun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir:ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;-ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, X3 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından və ərizəçinin mərhumun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində vəfat etməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu ildə Almaniya Federativ Respublikasında anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti elektron kabineti vasitəsi ilə verilə bilər. Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar