Məhkəmə qərarları › İş №2(002)-487/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-487/2023

16.01.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-487/2023 16.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, X8 iclas katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh1 iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh1 və Azərbaycan Respublikası Müdafiə Nazirliyi oğluna qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh1 qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, onunla Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Barışıq sazişi”nin təsdiq edilməsi və xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 hər ay əmək haqqının 70% hissəsini (əmək haqqına bütün əlavələr və artırmalar nəzərə alınmaqla) aliment kimi İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2015-cı il tarixdə Kürdəmir rayon QŞ-də 336 saylı qeydlə bağlanmış birgə nikahdan 3 övladları dünyaya gəlmişdir. xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6. Yoldaşı və uşaqları ilə birgə evdə yaşayır və təsərüfatlarını davam edir.Yoldaşı hərbiçidir və İİ-ci Qarabağ müharibəsinin iştirakçısıdır.Bir çox medallarla təltif olunmuş və hazırda da orduda xidmət edir. Lakin həm yaranmış vəziyyətlə əlaqədar olaraq(tez tez evdən uzaqda olduğu üçün) və eləcədə özündən aşlı olmayan səbəblərə görə cavabdeh aldığı əmək haqqını evə heç cürə gətirib çıxarda və çatdra bilmir.Həmdə cavabdeh xidməti ilə əlaqədar olaraq o ucqar mövqələrdə olduğu üçün o yerlərə pul köçürməsi və sair bu kimi xidmətlərin olmaması səbəbindən onun bank kartına mədaxil olan əmək haqqısını ailəsinə çatdıra bilmir ki, o da burda uşaqların xərclərini qarşılaya bilmir.Onlar bu məsələni aralarında razılığa gələrək, mediasiya ilə həll etməyə çalışmışlar və Cavabdeh1 da buna etiraz etməmişdir. Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “barışıq sazişindən görünür ki, Cavabdeh1 onların birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 hər ay əmək haqqının 70% hissəsini (əmək haqqına bütün əlavələr və artırmalar nəzərə alınmaqla) aliment kimi İddiaçı xeyrinə tutulması barədə sazış bağlanmışdır. Lakin Cavabdeh1 qeyd edilən barışıq sazişinin tələblərini yerinə yetirməmişdir. Nəticədə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir. Aliment ödənilməmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında iştirak edərək, öz izahatında iddia tələbini müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh1 məhkəmə iclasında izahatında və məhkəməyə təqdim etdiyi etiraf ərizəsində ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı və Cavabdeh1 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. İkinci Tərəf- Cavabdeh1 övladları xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay onun əmək haqqının 70% hissəsini (əmək haqqına bütün əlavələr və artırmalar nəzərə alınmaqla) aliment kimi İddiaçı xeyrinə ödəməyi öz öhdəsinə götürür. Bununla bağlı Birinci Tərəf öz adına açdırdığı bank kartının rekvizitlərini İkinci tərəfə təqdim etməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahından üç uşaqları–xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 hazırda yetkinlik yaşına çatmamışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı və Cavabdeh1 arasında keçirilmiş mediasiya prosesində nəticəsində onlar arasında barışıq sazişi imzalanmış, sazişin şərtlərinə görə Cavabdeh1 xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər hər ay onun əmək haqqı və digər gəlirlərinin 70% hissəsi məbləğində aliment İddiaçı xeyrinə onun təqdim etdiyi bank kartı hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən ərizəçi İddiaçı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək,mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Barışıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Barşıq sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin: xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay onun qazancının (və başqa gəlirlərinin) 70% hissəsində sabit pul məbləğində alimenti İddiaçı təqdim etdiyi bank kartı hesabına ödəməyi öz öhdəsinə götürür”. Alimentin vaxtı xx.xx.2022-ci il tarixdən hesablansın. Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli barışıq sazişinin şərtləri üzrə indiyədək icra etdiyi öhdəliyi (ödədiyi alimentin məbləğləri) nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar