Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-500/2021 18.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinun şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1929-cu ildə Bakı şəhərində doğulmuş anası X1 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, anası xx xxxx 1929-cu il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə gecə saatlarında 92 yaşında vəfat etmişdir. Anası müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkirdi və xəstəliyi ilə bağlı müəyyən vaxtlarda həkim müayinəsində olmuşdur. Həkimlər anasının ev şəraitində müalicəsi üçün tibbi göstərişresept vermişdilər. Anasının müalicəsi ev şəraitində aparılmışdır. Anasının vəziyyəti xx.xx.2020-ci il tarixdə ağırlaşdığına görə o, təcili tibbi yardım çağırmış, həkim təzyiqini ölçməklə iynə vurub getmişdir. Lakin sonradan vəziyyəti daha da ağırlaşmış xx.xx.2020-ci il tarixdə yenidən həkim gələnə qədər vəfat etmişdir. Anası ərazi üzrə xəstəxanada qeydiyyatda olmadığından həmin vaxt ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, ərizəçinin yaxın qonşusudur. X5 xəstə olmaqla evdə müalicə alırdı, xx xxxxxxx 2020-ci il tarixdə vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, nənəsi X5 xəstə olmaqla evdə müalicə alırdı, xx xxxxxxx 2020-ci il tarixdə vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 596 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X5 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan X3 məxsus AZE No 07646803 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1929-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Massiv 2, keçid 4, 15 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi məxsus AZE No 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Massiv 2, keçid 4, 15 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçi anası X4r. İş materiallarında olan Assmed Klinikası tərəfindən verilmiş ultrasonoqrafik müayinə protokolundan görünür ki, X2 müayinə zamanı kəskin meteorizm və bir sıra xəstəliklər müşahidə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş sahə həkimi üçün xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 06:43 radələrində Bakı şəhəri, Lökbatan qəsəbəsi, Massiv 2, keçid 4, 15 saylı evə X1 adına çağırış daxil olmuş, xəstənin vəziyyətinin ağır olduğu müşahidə edilmiş və müalicə tədbiri görülmüşdür. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxxx 2020ci il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Lökbatan qəsəbəsi, Massiv 2, keçid 4, ev 15 ünvanına X1 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin anası xx xxxx 1929-cu ildə Bakı şəhərində doğulmuş X1 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi anası xx xxxx 1929-cu ildə Bakı şəhərində doğulmuş X1 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-500/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-500/2021
18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver