Məhkəmə qərarları › İş №2(002)-510/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-510/2021

18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-510/2021 18.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1942-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X5 onun ata nənəsi olmaqla xx.xx.1942-ci il tarixdə Bakı şəhərində doğulmuş, onunla birlikdə iddia ərizəsində göstərilən ünvanda yaşamşdır. Nənəsi təzyiq xəstəsi olmaqla xx.xx.2020-ci il tarixdə onun vəziyyəti ağırlaşmış və həmin tarixdə vəfat etmişdir. Nənəsini el adəti ilə Lökbatan qəbirstanlığında dəfn etmişlər. Lakin poliklinikada qeydiyyatda olmadığından həmin vaxt ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Sonradan poliklinikaya müraciət etsə də, ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, ərizəçi onun bibisi oğludur. X5 təzyiq xəstəliyindən əziyyət çəkirdi. xx xxxxxx 2020-ci il tarixdə onun vəziyyəti ağırlaşdı və həkim gələnə qədər vəfat etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Dövlətova Səmənnaz Tərxan qızı ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. X5 təzyiq xəstəliyindən əziyyət çəkirdi. xx xxxxxx 2020-ci il tarixdə onun vəziyyəti ağırlaşdı və həkim gələnə qədər vəfat etdi. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 704 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X5 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında dispanser qeydiyyatda olmamış, bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan X3 məxsus AZE No 03606195 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx xxxxxxxx 1942-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 mənzil 24 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 mənzil 24 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması tərəfindən verilmiş 25 saylı arayışdan görünür ki, X5 xx.xx.2020-ci il tarixində Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan XV-JQ seriyalı, 290992 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçi atası X7r. İş materiallarında olan AZ seriyalı, 564494 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1963-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əhmədov Nahmətin anası X4r. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası 15 saylı bölməsi tərəfindən verilmiş 1757 saylı arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18:45 radələrində ünvan 2 mənzil 24 ünvanına X1 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin nənəsi xx.xx.1942-ci il təvəllüdlü X2 xx xxxxxx 2020-ci il ildə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxxxxxx 1942-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar