Məhkəmə qərarları › İş №2(002)-559/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-559/2025

04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-559/2025 04.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi X7 iştirakı ilə, Ərizəçi X7 «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X10 Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, arvadı, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X10 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 onun həyat yoldaşıdır. Onlar xx.xx.2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və birlikdə ünvan 1 ünvanda yaşamışlar. xx.xx.2024-cü il tarixdə həyat yoldaşının vəziyyəti ağırlaşdığından həkim çağırmışlar. Həkim gələnə qədər həyat yoldaşı vəfat etmişdir. Həyat yoldaşını el adətinə uyğun olaraq Qızıldaş qəbristanlığında dəfn etmişlər. Lakin ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn və yas mərasimlərinə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, həyat yoldaşının adına ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olan tibbi şəhadətnamə verilməmişdir. Hazırda arvadı X4 ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, eləcə də, ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçi X10 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X5 ifadəsində bildirdi ki, ərizəçigilin qonşusudur. Ərizəçinin həyat yoldaşı vəfat etmişdir. Dəfnində iştirak edə bilməsə də, yas mərasimində iştirak etmişdir. Mərhumə Qızıldaş qəbristanlığında dəfn olunub. X2 ifadəsində bildirdi ki, ərizəçinin həyat yoldaşı vəfat etmişdir. Mərhumə 2024-cü ilin dekabr ayında vəfat edib. Ərizəçinin həyat yoldaşı ürək xəstəliyindən əziyyət çəkirdi. Mərhumənin dəfnində iştirak etməmişdir. Lakin yas mərasimində iştirak etmişdir. Ərizəçigil mərhumənin nəşini Qızıldaş qəbristanlığında dəfn etmişlər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin həyat yoldaşıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixdə verilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Qaradağ rayonu Qızıldaş bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 304 saylı arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 qəsəbə qəbristanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs 20 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat edən X4 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X4 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. 41 nömrəli şəhər poliklinikasının 19 dekabr 2024-cü il tarixli 1612 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə 15 saylı TTTYS-nın məlumatına əsasən ünvan 1 ünvanda qeydiyyatda olan, ev 31 mənzil 8 ünvanda yaşayan xx.xx.1967-ci il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. X3 xx.xx.2024-cü il tarixdə poliklinikaya müraciət etmişdir. Lakin onun müraciətini e-təbib sisteminə salmaq mümkün olmamışdır, çünki RF-nin vətəndaşıdır. xx.xx.2024-cü il tarixdə vətəndaşın yazılı ərizəsinə əsasən ölümə səbəb olan halın təyin edilməsi mümkün olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi X10 arvadının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar