Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-58/2025 12.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Tilat qızının, onun nümayəndəsi və vəkili Vəkil, tərcüməçi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Tilat qızına qarşı “qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Tilat qızına qarşı “qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tilat qızından ümumi dəyəri 30000 (otuz min) manat olan qızl-zinət əşyalarının (18 ədəd Nikolayevski qızıl sikkə, 4 ədə qaşlı üzük sırğa dəsti, 5 ədəd qadın nişan üzüyü, 4 ədəd kişi nişan üzüyü, 5 ədəd qadın üzüyü, 8 ədəd qızıl sırğa, 6 ədəd boyunbağı aralığı (klon), 3 ədəd qızıl qadın saatı, 2 ədəd qızıl saat qolbaq, 2 ədəd qədim qızıl nargilə boyunbağı, 5 ədəd qızıl qolaq, 4 ədəd nazik qızıl zəncir, 1 ədəd qalın qızıl zəncir) alınaraq İddiaçı Musayevanaya qaytarılması, bu mümkün olmadıqda onun dəyəri 30000 manatın geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, tərəflər arasında barışıq sazişi bağlandığından və artıq mübahisə həllini tapdığından iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməyi xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı onun nümayəndəsi və vəkili Nümayəndə izahatına uyğun izahat verərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh Tilat qızı bildirdi ki, tərəflər arasında barışıq sazişi bağlanmışdır, bu səbəbdən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməyi xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh Tilat qızının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, tərəflər arasında barışıq sazişi bağlanmışdır, bu səbəbdən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməyi xahiş etdi. Təqdim edilmiş xx.xx.2026-cı il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişdilər: Bu barışıq sazişi ilə (bundan sonra Saziş) bir tərəfdən İddiaçı qızı (AA*******; FİN:xxxxxxx), digər tərəfdən cavabdeh Səfərova Norǝstǝ Tilat qızı (AZE ********, FİN: xxxxxxx), (hər iki taraf birlikdə bundan sonra - Tərəflər adlandırılacaq) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan, İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Səfərova Norǝstǝ Tilat qızına (bundan sonra Cavabdeh) qarşı "qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması" tələbinə dair 2(002)-58/2025 saylı mülki iş üzrə mübahisəni həll etmək üçün qarşılıqlı güzəştlərlə aşağıdakı məzmunda və şərtlərlə razılığa gəldilər:
1. Sazişin predmeti 1.1. İddiaçının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə Cavabdehə qarşı irəli sürdüyü "qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərində pul tələbinə dair" iddiasından imtina etməsi müqabilində Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 93.30 kv.m olan fərdi yaşayış evindəki ona məxsus 1/7 (yeddidə bir) hissədə mülkiyyət payından İddiaçının xeyrinə imtina etməsindən ibarətdir. 1.2. Cavabdehin əmlaka dair hüquqları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, reyestr nömrəsi **********86-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla qeydə alınmışdır. Cavabdehin imtina etdiyi pay, həmin daşınmaz əmlakın mülkiyyət hüququ sənədində (Çıxarışda) göstərilən mülkiyyət payını təşkil edir.
2. Sazişin şərtləri və tərəflərin öhdəlikləri 2.1. İddiaçı Cavabdehin Sazişin 2.2-ci bəndində göstərilən daşınmaz əmlakdakı payından onun xeyrinə imtina etməsi müqabilində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-58/2025 saylı mülki iş üzrə (sədrlik edən Qamət Əbilov) Cavabdehǝ qarşı irəli sürdüyü "qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərində pul tələbinə dair" iddiasından tam imtina edir və bu Saziş qüvvəyə mindikdən sonra, Cavabdehə qarşı bu tələblə (qızıl-zinət əşyalarının və ya onun dəyərinin qaytarılması) bağlı heç bir iddia qaldırmayacağını təsdiq edir. 2.2. Cavabdeh İddiaçının Sazişin 2.1-ci bəndinə riayət etməsi və ona qarşı iddia tələbindən imtinası etməsi əvəzində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi **********86-1030) əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 93.30 kv.m olan fərdi yaşayış evindəki ona məxsus 1/7 (yeddidə bir) hissǝ mülkiyyət payından, eləcə fərdi yaşayış evinin altında yerləşən, Dövlət mülkiyyətində olan, 0.0112 hektar ölçüsündəki torpaq sahəsi üzərindəki istifadə hüququndakı paydan İddiaçının xeyrinə imtina edir və həmin payın İddiaçının adına keçirilməsinə öz razılığını bildirir. 2.3. Sazişin şərtlərinə uyğun olaraq, Cavabdeh Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-49/2025 saylı qətnaməsinin icrasından imtina edir və bu barədə Qaradağ rayon İcra Şöbəsinə tələbin icrasından imtina barədə ərizə yazır. 2.4. Tərəflər Saziş imzalandığı anda Sazişin təsdiq edilməsi və bununla əlaqədar olaraq icraata xitam verilməsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edirlər
3. Digər müddəalar
3.1. Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191 və 261-262-ci maddələrinin məzmunu Tərəflərə tam aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, hazırkı Sazişi imzalamışlar. 3.2. Tərəflər razılığa gəlirlər ki, Tərəflərdən hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. 3.3. Saziş imzalandığı andan qüvvəyə minir. 3.4. Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə (Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə) təqdim olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.4-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh Tilat qızına qarşı “qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması” tələbinə dair dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2026-cı il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ :
Mülki iş üzrə başışıq Sazişi aşağıdakı qaydada təsdiq edilsin: İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə Cavabdeh Tilat qızına qarşı irəli sürdüyü "qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərində pul tələbinə dair" iddiasından imtina etməsi müqabilində Cavabdeh Tilat qızı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 93.30 kv.m olan fərdi yaşayış evindəki ona məxsus 1/7 (yeddidə bir) hissədə mülkiyyət payından İddiaçı xeyrinə imtina edir. İddiaçı Cavabdehin Sazişin 2.2-ci bəndində göstərilən daşınmaz əmlakdakı payından onun xeyrinə imtina etməsi müqabilində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-58/2025 saylı mülki iş üzrə (sədrlik edən Qamət Əbilov) Cavabdehǝ qarşı irəli sürdüyü "qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərində pul tələbinə dair" iddiasından tam imtina edir və bu Saziş qüvvəyə mindikdən sonra, Cavabdehə qarşı bu tələblə (qızıl-zinət əşyalarının və ya onun dəyərinin qaytarılması) bağlı heç bir iddia qaldırmayacağını təsdiq edir. Cavabdeh İddiaçının Sazişin 2.1-ci bəndinə riayət etməsi və ona qarşı iddia tələbindən imtinası etməsi əvəzində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi **********86-1030) əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 93.30 kv.m olan fərdi yaşayış evindəki ona məxsus 1/7 (yeddidə bir) hissǝ mülkiyyət payından, eləcə fərdi yaşayış evinin altında yerləşən, Dövlət mülkiyyətində olan, 0.0112 hektar ölçüsündəki torpaq sahəsi üzərindəki istifadə hüququndakı paydan İddiaçının xeyrinə imtina edir və həmin payın İddiaçının adına keçirilməsinə öz razılığını bildirir. Sazişin şərtlərinə uyğun olaraq, Cavabdeh Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-49/2025 saylı qətnaməsinin icrasından imtina edir və bu barədə Qaradağ rayon İcra Şöbəsinə tələbin icrasından imtina barədə ərizə yazır. Bu qərardad Cavabdeh Tilat qızının ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 93.30 kv.m olan fərdi yaşayış evindəki ona məxsus 1/7 (yeddidə bir) hissədə mülkiyyət payından İddiaçı xeyrinə imtinası nəzərə alınaraq DƏDRX-də İddiaçı tam mülkiyyətçi kimi qeydə alınması və yeni çıxarışın verilməsi üçün əsasdır. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə ödənilmiş 60 manat ekspertiza xərci tərəflər arasında bərabər bölüşdürülərək 30 manat İddiaçı və 30 manat Cavabdeh Tilat qızından tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə büdcə hesabına ödənilsin. Mütəxəssis xərcləri üçün ödənilmş məbləğ ödəyən tərəfə aid edilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Qamət Əbilov