Məhkəmə qərarları › İş №2(002)-586/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-586/2025

13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-586/2025 13.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü ildə anadan olmuş X1nın 25 noyabr 2024-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X3 onun bacısıdır. X1 xx.xx.1954-cü ildə doğulmuş, onunla birgə yaşamışdır. Bacısının səhhətində problemlər olmuş, 25 noyabr 2024-cü il tarixdə onun vəziyyəti ağırlaşdığına görə yaşadığı ünvana həkim çağırmışlar, həkim öldüyünü təsdiq etmişdir. Bacısını el adəti ilə dəfn etmişlər. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, tibbi şəhadətnamə verilməmişdir. Hazırda bacısının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi bəzi hüquqi sənədləri əldə etmək, o cümlədən ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, ərizəçinin gəlinidir. Mərhumun xx.xx.2024-cü il tarixdə vəziyyəti ağırlaşmış və təcili yardım gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Mərhum xəstə olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. Mərhum xəstə olmuş, xx.xx.2024-cü il tarixdə vəziyyəti ağırlaşmış və təcili yardım gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 05341549 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1954-ci il tarixdə Neftçala rayonunda anadan olmuşdur. İş materiallarında olan İ-İE seriyalı, 103281 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 anası X17r. İş materiallarında olan Vİ-JQ seriyalı, 455896 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 anası X17r. İş mateiallarında olan İ-JQ seriyalı, 474030 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cəbrayılov Fİkrət Müsəddin oğlu ilə X14 xx.xx.1980-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikah bağlandıqdan sonra arvada “Cəbrayılova” soyadı verilmişdir. İş mateiallarında olan İV-JQ seriyalı, 345696 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 xx.xx.1986-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikah bağlandıqdan sonra arvada “Allahverdiyeva” soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi” 3 nömrəli BŞX-nın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1954cü il təvəllüdlü X3 3 nömrəli BŞX İİ şöbədə qeydiyyatda olmamışdır və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X15 Stansiyası 15 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 25 noyabr 2024-ci il tarixdə saat 19:40 radələrində X2 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 415 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Lökbatan qəsəbəsi, 5-ci massiv, ev 141 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qaradağ rayonu Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş 02/380 saylı arayışdan görünür ki, Ərizəçi X1 26 noyabr 2024-cü il tarixdə Lökbatan qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin bacısı xx.xx.1954-cü ildə doğulmuş X2 25 noyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi bacısı xx.xx.1954-cü ildə anadan olmuş X2 25 noyabr 2024-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar