Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-612/2024 11.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli GL/0xx/xx/262407 saylı kredit və girov müqaviləsindən görünür ki, Cavabdeh 1655 manat pulu qızıl-zinət əşyalarını girov qoymaqla, 18 ay müddətində 45 % ilə hər ay 128.09 manat ödəmək şərtilə götürmüşdür.
2. "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli GL/0xx/xx/277447 saylı kredit və girov müqaviləsindən görünür ki, Cavabdeh 1733 manat pulu qızıl-zinət əşyalarını girov qoymaqla, 18 ay müddətində 45 % ilə hər ay 134.13 manat ödəmək şərtilə götürmüşdür.
3. "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GL/0xx/xx/337518 saylı kredit və girov müqaviləsindən görünür ki, Cavabdeh 1733 manat pulu qızıl-zinət əşyalarını girov qoymaqla, 18 ay müddətində 45 % ilə hər ay 134.13 manat ödəmək şərtilə götürmüşdür.
4. "xxxx" ASC tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli 0278/GL saylı məktubdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli, GL/0xx/xx/262407 və xx.xx.2021-ci il tarixli, GL/0xx/xx/277447 saylı lombard krediti müqavilələri bağlanmış və həmin müqavilələr üzrə öhdəliklər tam olaraq icra edilmişdir. Son olaraq tərəflər arasında xx.xx.2022-ci il tarixli Lombard krediti müqaviləsi bağlanmış və kreditin təminatı kimi, 1 ədəd, 585 əyarlı, 3.7 qram Üzük, 1+1 ədəd, 585 əyarlı, 10.85 qram Boyunbağı+kuon, 1 ədəd, 585 əyarlı, 10.16 qram Qolbağ, 1 ədəd 585 əyarlı, 2.30 qram Kulon, 1+1 ədəd, 750 əyarlı, 4.30 qram Boyunbağı+kulon girov qoyulmuşdur. Lombard krediti müqaviləsi üzrə hazırda 478 manat əsas, 9 manat faiz, 112 manat cərimə borcu mövcuddur. Bütün Kredit müqavilələri üzrə ödənişlər hazırki günə kimi İddiaçı tərəfindən ödənilmişdir.
5. "xxxx" ASC tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli 0207/GL saylı məktubdan görünür ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixli, GL/0xx/xx/262407 və xx.xx.2021-ci il tarixli, GL/0xx/xx/277447 saylı lombard krediti müqavilələri bağlanmışdır. Göstərilən müqavilələr üzrə xx.xx.2021-ci il tarixli, GL/0xx/xx/262407 saylı müqaviləyə görə Cavabdeh 1655 manat lombard krediti verilmiş və 1918 manat ödənilməklə həmin kredit bağlanmış və xx.xx.2021-ci il tarixli, GL/0xx/xx/277447 saylı müqavilə bağlanaraq ona təkrara 1733 manat kredit verilmişdir. Sonuncu kredit müqaviləsi üzrə 3633 manat ödənilərək müqavilə üzrə öhdəlik icra edilmişdir. Göstərilən ödənişlər İddiaçı tərəfindən həyata keçirilmişdir.
6. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli GNK01250 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC (satıcı) alıcı İddiaçı Vladirmirovnaya siyahısı Təhvil-təslim aktında (Əlavə 2) göstərilən malları satır, alıcı isə həmmin malları qəbul edir və bu müqaviləyə ilə verməyi, alıcı ilə müqavilələrə əsasən satıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
7. İş materiallarından görünür ki, İddiaçı Vladirmirovna tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Xiaomi Poco X3 Pro” markalı mobil telefon təhvil alınmışdır.
8. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən alıcı xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə aylıq 58 manat məbləğində ödəniş etməklə, 13-cü ayda isə 61.9 manat məbləğində ödəniş etməklə, cəmi 720.9 AZN məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İddia tələbi
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4300 manat pul vəsaiti, hüquqi yardım üçün ödədiyi 70 manat, mediasiya üçün 60 manat və 63 manat dövlət rüsumunun cavabdehdən alınıb xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o Cavabdeh ilə 2018-ci ildə ailə münasibətlərinə daxil olaraq, 2020-ci ildə nikahını rəsmiləşdirmişlər. Birgə nikahdan övladı olmayıb. İlk vaxtlar münasibətləri normal olsada sonradan münasibətləri pozulmuşdur. 2021-ci ildən ayrı yaşayırlar. Nikahdan əvvəl mülkiyyətində olan qızıl-zinət əşyalarını cavabdeh onun ona etibarında istifadə edərək (onu aldadaraq) 2020-ci ildə “Lombarda” qoymuş və əvəzində cavabdeh 1800 AZN pul götürmüşdür. Cavabdeh bu pulu şəxsi istifadə üçün xərcləmişdir. 2023-cü ilin yanvar ayında borc bitməli idi. Bu müddət ərzində bütün ödənişlər tərəfindən edilmişdir. 2023-cü ilin yanvar ayında ödəniş etmək üçün yaxınlaşmış, lombarddan qızılları tələb edəndə işçi ona bildirdi ki, Cavabdeh tərəfindən 2022-ci ilin noyabr ayında həmin qızıllar yenidən girov qoyularaq pul götürülmüşdür. Qeyd edilən müddət ərzində isə pulu cavabdeh deyil, o ödəmişdir. Hal-hazırda qızılları lombarddadır və bu günə cavabdehin lombarda 800 AZN borcu var. Nikahdan əvvəl mülkiyyətində olan qızıl-zinət əşyaları aşağıdakılardır. 1) Üzük 585 əyar, 3.70 qr çəkisi dəyəri 78 ABŞ dolları 2) Boyunbağı+kulon 585 əyar, 10.85 qr çəkisi dəyəri 228 ABŞ dolları 3) Qolbaq 585 əyar, 10.16 qr çəkisi dəyəri 213 ADŞ dolları 4) Kulon 585 əyar, 2.30 qr çəkisi 48 ABŞ dolları 5) Boyunbağı+kulon 750 əyar, 4.30 qr çəkisi, 0.80 daşın çəkisi, 91 ABŞ dolları. Yuxarıda qeyd etdiyi qızıl zinət əşyalar xx.xx.2022-ci il tarixli "xxxx" QSC-nin "Nərimanov" filialına girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən qeyd edilib. Cavabdehin onun ona etibarından istifadə etməsi nəticəsində həmçinin 700 azn məbləğində "POCO X3 Pro" markalı telefonunu da ondan almış və şəxsi istifadəsində saxlamaqda davam edir. Cavabdehdən pul tələbi aşağıdakı xüsusiyyətlərlə əsaslandırır; 1. cavabdehdən onun ona etibarından 2 (iki) dəfə istifadə etmiş birinci dəfə 2020-ci ildə və nəticədə onun qızılları əsasında lombardan 1 800 azn pulu şəxsi məqsədlər üçün sərf etmişdir, 2. ikinci dəfə isə 2022-ci ildə onun qızılları əsasında lombardan 1 800 azn pulu şəxsi məqsədlər üçün sərf etmişdir. Cavabdehin ona olan borcunu hesablasa yəni ki, iddianın predmeti 3 600 azn + 700 azn = 4 300 azn olmaqla pul vəsaitinin Cavabdeh tələb edilməsidir. Bununla belə bir halı da qeyd edi ki, aralarında yazılı müqavilə olmamışdır. Cavabdeh onun ona etibarından istifadə edərək ondan iddia ərizəsinin təsvir hissəsində qeyd edilmiş xüsusiyyətlər əsasında ona 4 300 azn maddi ziyan vermişdir. Aralarında şifahi borc müqaviləsi bağlanmamışdır, aralarındakı münasibətin müqavilə asası olmamış olur, belə olan halda cavabdeh 4 300 azn məbləğində ona ziyan dəymişdir, cavabdeh isə bir o qədər məbləğdə əsassız olaraq varlanmışdır. Bununla bağlı o qanunvericiliyin tələblərinə görə ilk öncə "Bakı 8 saylı Mediasiya Təşkilatına" şəxsi mülkiyyətində olan qızıl-zinət əşyalarının və telefonumnun dəyərinin geri qaytarılması və mənəvi ziyanın ödənilməsi tələbi) ilə bağlı müraciət etdi. Nəticədə "İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi" barədə xx.xx.2023-cü il tarixli arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli ona izah edilmişdir. Həmçinin cavabdehlə məhkəmədə hüquqi münasibətini mübahisələndirərkən, həmin mübahisədə iddianı sübut edəcək cavabdehlə olan yazışmaları, telefon səs yazısı və sairə məhkəməyə sübut kimi təqdim edilə bilər və bu zaman cavabdehin bu barədə (telefon danışığının qeydə alındığı barədə) əvvəlcədən xəbərdarlıq etməyə ehtiyac olmadığı üçün məhkəmə bu sübutu qanunu pozmaqla əldə edilmiş sübut kimi dəyərləndirilə bilməz !!! Çünki həmin telefon danışığı da onların arasında olmuş və hazırki mübahisə də məhz aralarında mövcud olmuşdur və baş vermiş bütün danışıqlar bir-biri üçün sirr deyil !!! Qeyd edilən telefon danışığı o vaxt qanunsuz olunardı ki, qeyd edilən telefon danışığının başqa şəxsə aid olan məhkəmə çəkişməsində istifadə olunardı !!! Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
11. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. İddiaçı məhkəmə iclasında iştirak edərək qızıl-zinət əşyaları ona aid olduğunu, cavabdehin səs yazılarında qızılları girov qoyaraq pul götürməsii və borcunu ödəməməsini etiraf etdiyini, tələbin 700 manat hissəsinin cavadehin ondan götürüb qaytarmadığı telefonun pulu olmasını və 3600 manatın qızıllara görə ödəmiş olduğu kredit borcu olduğunu bildirdi. İddiaçı əlavə olaraq qeyd etdi ki, sosial mediada qızılların şəkilləri vardır, ancaq həmin şəkillər illər öncə yəni cavabdehlə nikahından əvvəl çəkilmişdir, qızıllar onun şəxsi mülkiyyətindədir. Bundan başqa, cavabdeh ona məxsus telefonu ondan götürmüş, amma qaytarmamış, odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir.
13. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Prosesin digər iştirakçılarının ifadələri:
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, iddiaçının oğludur, cavabdeh ilə anası ailə münasibətlərində olmuş, cavabdeh daim anası İddiaçı qızıllarını lombarda qoyaraq pulu götürüb özü üçün xərcləmiş, lombarda kredit borcunu isə ödəməmişdir. Nəticədə İddiaçı qızıllarını geri qaytarmaq üçün krediti özü ödəmiş, hətta bir neçə dəfə anasının yerinə Aslanın lombarda qoyduğu qızılların pulunu lombard şirkətinə gedərək özü ödəmişdir. Bundan başqa anasına məxsus Xiaomi markalı telefonu Cavabdeh tez-tez götürüb topaz oyunları oynamış və son dəfə telefonu götürüb qaytarmamış, evdən çıxıb getmiş və telefonu özü ilə aparmışdır. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
15. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
16. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;
17. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;
18. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;
19. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
20. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
23. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
24. 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
25. 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
26. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
27. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
29. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
30. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
31. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
33. İddia qismən əsaslıdır.
34. İşin halları bundan ibarətdir ki, iddiaçı özünə məxsus 4300 manat məbləğin cavabdeh tərəfindən əsassız mənimsənildiyini qeyd edərək həmin məbləğin, eləcə də hüquqi yardım xərci və dövlət rüsumunun geri qaytarılmasını tələb edir.
35. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Odur ki, məhkəmə ilkin olaraq sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırkı halda sübutetmə yükü iddiaçının üzərinə düşür.
37. İddia tələbində əks etdirilən 4300 manat məbləğin 700 manat hissəsinin ona məxus Xiaomi markalı mobil telefonun satış dəyəri olduğunu, 3600 manat hissəsinin isə ona məxsus qızılların cavabdeh tərəfindən lombarda qoyulmasına çəkdiyi xərclər olduğunu bildirir. İddiaçı tələbin əsaslılığını sübut etmək üçün qızılların lombar krediti müqaviləsinin bağlandığı "xxxx" ASC-ə ödədiyi ödəniş qəbzlərini, “whatsapp” proqramı vasitəsilə göndərilmiş səs yazılarını, özünə məxsus qızıl-zinyət əşyalarının foto şəkillərini və bir ədəd mobil telefonun alqı-satqı müqaviləsini təqdim etmişdir.
38. Məhkəmə həmin sübutlara hüquqi qiymət verərək bildirir ki, işə əlavə edilmiş qəbzlərdə və xəzinə mədaxil orderlərində müştərinin adı: Cavabdeh qeyd edilmişdir, belə ki, "xxxx" ASC ilə bağlanan lombard krediti müqavilələrinin tərəfi məhz cavabdeh olmuşdur. Lakin həmin mədaxil qəbzlərindəki imzalar İddiaçı məxsus olması vizual baxışla müəyyən edilir. Bundan əlavə, məhkəmənin sorğusuna əsasən "xxxx" ASC-dən daxil olmuş məktublarda birmənalı şəkildə hər üç lombard krediti müqaviləsi üzrə bütün ödənişlərin məhz İddiaçı tərəfindən icra edildiyi göstərilmişdir.
39. Məhkəmə “whatsapp” proqramı vasitəsilə göndərilmiş səs yazılarına münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarında göstərir ki, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
40. Məhkəmə yuxarıda qeyd edilən mövqeni nəzərə alaraq iş üzrə təqdim edilmiş, «Whatsapp» platforması vasitəsilə göndərilən səs yazılarına hüquqi qiymət verərək qeyd edir ki, həmin səs yazıları birbaşa tərəflər arasında və hüquqi mübahisə barəsində həyata keçirildiyi üçün qanuni əldə edilmiş və mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh qeyd edilən sübutun mötəbərliyini mübahisələndirməmiş, məhkəmə araşdırmasında iştirak etməmiş, etiraz verməmiş və etirazının əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
41. İşə əlavə edilmiş, “whatsapp” proqramı vasitəsilə göndərilmiş səs yazılarının məzmunundan aydın olur ki, Cavabdeh iddiaçıya məxsus qızıl zinyət əşyalarını lombard krediti üzrə girov qoymasını, ödənişlərin İddiaçı tərəfindən icra edildiyini, anasının ayağı qırıldığından, əməliyyat olunması üçün İddiaçı qızıllarını onun icazəsi olmadan lombard krediti üçün istifadə etdiyini və pulu anasına xərclədiyini, buna görə üzr istədiyini bildirir, eləcə də İddiaçı kart nömrəsini göndərməsini, qızıllarının lombarddan çıxarılması üçün pul göndərəcəyini, borcunu hissə-hissə qaytara biləcəyini qeyd edir.
42. Məhkəmə göstərilən səs yazılarını, işdə olan qəbzlərdə iddiaçı tərəfindən imzalanmasını və "xxxx" ASC tərəfindən gösndərilmiş məktubun məzmununu nəzərə alaraq qeyd edir ki, qızıl-zinyət əşyalarının iddiaçıya məxsus olması, xx.xx.2021-ci il; xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli kredit müqavilələri üzrə ödənişlərin iddiaçı tərəfindən cavabdehin əvəzinə icra edilməsi sübut edilmişdir.
43. Məhkəmə göstərilənləri və "xxxx" ASC tərəfindən göndərilmiş məktubda qeyd edilən, İddiaçı tərəfindən lombard krediti müqavilələri üzrə həyata keçirilmiş ödənişlərin məbləğinin iddia tələbində göstərilən məbləğdən (3600 manat) çox olmasını nəzərə alaraq, iddiaçı özünə məxsus qızıl-zinyət əşyaların cavabdeh tərəfindən lombard krediti üzrə istifadə edilməsini, həmin kreditlər üzrə 3600 manat ödənişin özü tərəfindən icra edilməsi ilə bağlı sübutetmə yükünü icra etmiş hesab edir.
44. Göründüyü kimi, 3600 manat məbləğində əldə edilən pul vəsaiti əmlak xarakterlidir və həmin əmlak iddiaçının hesabına əldə edilmişdir. Nəticədə, cavabdehin varlanması iddiaçının hesabına baş verdiyi üçün Mülki Məcəllənin 1092.1-ci maddəsindən irəli gələn tələbin şərtləri mövcuddur və cavabdeh tərəfindən həmin məbləğin qaytarılması hissəsində iddiaçının tələbi əsaslıdır.
45. İddia tələbinin 700 manat mobil telefonun dəyərinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan alqı-satqı müqaviləsindən görünür ki, Xiaomi Poco X3 Pro 6/128 GB balck markalı, 1 ədəd smartfon 720 manat müqabilində İddiaçı mülkiyyətinə verilmişdir.
46. Məhkəmə qeyd edir ki, həmin hissədə tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: əməl (hərəkət və hərəkətsizlik), əməlin hüquqazidd olması və təqsir.
47. Hazırkı işdə əməlin baş verməsi, cavabdehin hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasını həmin mobil telefonun cavabdeh tərəfindən götürülüb qaytarılmaması barədə şahid ifadəsinə əsasən məhkəmə sübut edilmiş qəbul edərək hesab edir ki, 700 manat pul məbləğinin cavabdehdən tutulması hissəsində də iddia tələbi əsaslıdır. Məhkəmə xərcləri
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 70 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, hazırkı mülki iş hüquqi mahiyyət etibarı ilə mürəkkəbliyi ilə seçilmir. Eyni zamanda, məhkəmə hazırkı mülki iş üzrə iddiaçıya hüquqi xidmətin nədən ibarət olmasının müəyyən edilməməsini, vəkil xidməti ilə bağlı hər hansı order və müqavilənin təqdim edilməməsini, tələb olunan bütün sübutların məhkəmə və iddiaçı tərəfindən əldə edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
50. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
51. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
52. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
53. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddianın qiyməti nəzərə alınmaqla 63 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilən iddialar üzrə) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat ödəniş etmiş və buna görə, ödənilməli olan dövlət rüsumundan həmin hissədə azad azad edilsə belə, 63 manat dövlət rüsumu ödəmiş və iddiaçı iddia ərizəsində 63 manat dövlət rüsumunun və 60 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
54. İddiaçının mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması ilə bağlı tələbinə münasibətdə məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən 60 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
55. İddia tələbinin 63 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı 60 manat mediasiya xərci çəkdiyi üçün həmin hissədə rüsumdan azad olduğundan iddia ərizəsinin irəli sürülməsi ilə bağlı 3 manat dövlət rüsumu ödəməli olduğu halda, 63 manat rüsum ödəmişdir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.
57. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının 5.1.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumünun artıq ödənilmiş hissəsi geri qaytarılır.
58. Məhkəmə qanunvericiliyin göstərilən tələblərinə əsasən hesab edir ki, 60 manat məbləğində artıq ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Nəticə
59. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh borclu olduğu 4300 manat məbləğində əsas borc pul vəsaiti, İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçınun xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
60. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 4300 (dörd min üç yüz) manat pul vəsaiti, İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 60 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: **********, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə təsnifatı kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, ödəyicinin adı: İddiaçı, FİN xxxxxxx) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova