Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-634/2023 26.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişisinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 qarşı “Barışıq sazişinin təsdiqi”nə dair ərizə iə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı 13 saylı Mediasiya təşkilatında onunla X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Barışıq saziş”inin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı 13 saylı Mediasiya təşkilatında onunla Maraqlı şəxs1 ilə aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X5 qızının iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir. Belə ki, X1 birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cvü il təvəllüdlü X7 anası Ərizəçi yanında qalması, X1 birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün dekabr ayından başlayaraq hər ayın 25-28 aralığında hər uşaq üçün 193 manat məbləğində alimentin Ərizəçi ödənilməsi və Maraqlı şəxs1 övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013cü il təvəllüdlü X10 ilə həftədə 1 dəfə ünsiyyətdə olması barədə xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirdi ki, cavabdeh alimenti ödəsə də vaxtında ödəmir, bu hal isə onun haqlı narazılığına, hüquqlarının pozulmasına səbəb olur. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 ərizəni qəbul edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq digər maraqlı şəxs Bakı 13 saylı Mediasiya Təşkilatının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Bakı 13 saylı Mediasiya Təşkilatının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi Mehman qızı və Maraqlı şəxs1 arasında mediasiya prossesi nəticəsində bğlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq şazişi bağamışdır. İkinci tərəf verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/13-00236 nömrəli “Barışıq sazişi”nin surətindən görünür ki, tərəflər 27 sentyabr 2012-ci il tarixində aralarında bağlanmış (nikah şəhadətnaməsi AZ-İ № 799472, 1338 № ilə qeydiyyata alınmış) nikahın pozulmasına, həmçinin məhkəmədə barışıq üçün vaxt verilməməsinə dair razılığa gəlirlər; İkinci tərəf Maraqlı şəxs1 birgə nikahlarından doğulmuş xx-xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 anası Ərizəçi yanında (himayəsində) qalmasına razıdır, buna etiraz etmir; İkinci tərəf Maraqlı şəxs1 birgə nikahdan olan xx-xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün birinci tərəf - Ərizəçi dekabr ayından başlayaraq hər ayın 25-28 aralığında hər uşaq üçün 193 manat məbləğində alimenti şəxsi kart hesabına ödəməyi öhdəsinə götürür. Tərəflər razılaşır ki, Maraqlı şəxs1 övladları xx-xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X8 ilə həftədə 1 dəfə ünsiyyətdə olacaq. Göründüyü kimi, tərəflər arasında bağlanılmış barışıq sazişi ilə boşanmadan sonra uşağın kimin yanında saxlanılması və alimentl bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü icra edilmədiyini bildirən ərizəçi hazırkı əricə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 335-24-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Eləcədə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3-cü maddəsinə əsasən Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5 Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda. Onun təsdiq olunmasından imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Bakı 11 saylı Mediasiya təşkilatında xx.xx.2022-ci tarixdə bağlanmış “Barışıq sazişi” təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 355-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında Bakı 13 saylı Mediasiya təşkilatında mediasiya prosesinin nəticəsində bağlanmış xx.xx.2022-ci tarixli “Barışıq Sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin: “Tərərlər arasında 27 sentyabr 2012-ci il tarixində bağlanmış (nikah şəhadətnaməsi AZ-İ № 799472, 1338 nömrəsi ilə qeydiyyata alınmış) nikahın pozulması, birgə nikadan olan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cvü il təvəllüdlü X7 anası Ərizəçi yanında qalması, X1 həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün dekabr ayından başlayaraq hər ayın 25-28 aralığında hər uşaq üçün 193 manat məbləğində alimentin Ərizəçi ödənilməsi və Maraqlı şəxs1 övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013cü il təvəllüdlü X10 ilə həftədə 1 dəfə ünsiyyətdə olsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-634/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-634/2023
26.01.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver