Məhkəmə qərarları › İş №2(002)-670/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-670/2023

09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-670/2023 09.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 23 mart 1667-ci il təvəllüdlü X2 17 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki X5 23 mart 1967-ci il tarixdə anadan olmuşdur. Onunla birlikdə Bakı şəhəri Yasamal rayonu, İ Alatava 138 ünvanında birlikdə yaşamış, 17 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyini bildikdə dərhal təcili və X1 stansiyası ilə əlaqə saxlamışdır. Bir müddət sonra aidiyyəti üzrə təcili və X1 stansiyasının əməkdaşları gəlmiş və ona ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdilər. Həmin vərəqədə ölümün ilkin səbəbi ölməsində poliknikaya müraciət etməli olduqları göstərilmişdir. Bu səbəbdən də 3 nömrəli şəhər poliknikasına müraciət etmiş, lakin yoldaşının ölüm səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Daha sonra 3 saylı “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə yaxınlaşsa da eyni səbəbdən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Bldirmək istəyir ki, təcili və X1 sytansiyasının əməkdaşları gəldikdə meyidə baxmış və öldüyünü söyləyərək ölüm haqqında xəbərdarlıq vərəqəsini vermiş, başqa heç bir hərəkət etməmişdir. 3 nömrəli şəhər poliknikasına yaxınlaşdıqda isə ona bu barədə onlarda heç bir qeydiyyat olmadığını və polisə məlumat verilmədiyini bildirmişdir. Təcili və X1 stansiyasına yaxınlaşdıqda ona Yasamal RPİ-nin 29-cu polis bölməsinin sahə rəisinə məlumat verdiklərini bildirmişlər. Daha sonra tərəflərindən aidiyyəti üzrə polis bölməsinə və Yasamal Rayon Prokurorluğuna müraciət edilmiş, sonra prokurorluq tərəfindən ona ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs “Bakı Səhiyyə Mərkəzi” X11 3 nömrəli şəhər Poliknikasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş üzrə maraqlı şəxs 3 saylı Bakı Asan xidmət Mərkəzində qeydiyyat şöbəsinın rəisi G.Abdullayeva məhkəməyə məktub ünvanlayaraq iş yükünün çox olması ilə əlaqədar işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, mərhum X5 onun qapı qonuşusu olmuşdur. Mərhum 2022-ci ilin oktyabırn 17-də vəfat etmişdir. Mərhum Sulutəpə qəbistanlığında dəfn olunmuş, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, mərhum X5 onun qonşusu olmuşdur. Mərhum 2022-ci ilin oktyabırn 17-də vəfat etmişdir. Mərhum Sulutəpə qəbistanlığında dəfn olunmuş, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan Təcili və X1 Stansiyasının xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ Alatava 138 ünvanına X2 adına çağırış olmuş, həkim gələnə kimi kişi cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/Q-02/15 nömrəli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, X2 ölümün qeydə alınması imkanı xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X8 Şəxsi Bakı Baş X6 Hüquqi Şəxsi 3 nömrəli Şəhər Poliknikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 755 nömrəli məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X2 ölümünü təsdiqləyən heç bir sənəd olmadığı üçün ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Sulu-Təpə qəbirstanlığının nəzarətçisi Yaqub Vəliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, X5 həqiqətən 18 oktyabr 2023-cü il tarixdə yeni Sulu Təpə qəbirsatanlığında dəfən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X5 həqiqətən də xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Qaradağ rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar