Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-675/2021 22.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 29 noyabr 2020-ci il tarixdə 16.12.1960ci il təvəllüdlü anası X5 yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Belə ki, anası X5 bir müddət qarnındakı yırtıqdan əziyyət çəkmiş, ancaq əməliyyatdan qorxduğu üçün həkimə müraciət etməkdən çəkinmişdir. Son günlər ağrılarının çoxalması və şişin böyüməsini görüb qərara gəlmişlər ki, həftənin bazar ertəsi günü, yəni 29 noyabr 2020-ci il tarixdə həkimə apararaq əməlliyyat olunsun. Çox təəssüf ki, həftənin 1-ci günü anasında ağrılar kəskinləşmişdir, bu səbəbdən 103-ə bir neçə dəfə zəng etmiş və təcili tibbi yardım üçün həkim çağırılsa da həkim gəlməmişdir, yalnız bir neçə saatdan sonra məcbur qalıb şəxsi avtomobillə Lökbatandakı TTYS-na, 19 saylı BŞX-nın ambulatoriyasına gedib evə həkim gətirmək istəmiş, ancaq heç bir tibbi müəssisədə həkim tapa bilməmişdir. Ən son məcburiyyət qarşısında qalıb Korgöz qəsəbəsində yerləşən BŞT və TTYS 15 saylı bölməsinə zəng edib oradan həkim gəlməsini xahiş etmişdir. Həkim gəlmiş, anasının artıq vəfat etdiyini görmüş və evdə qadın cinsində meyidin aşkarlanması ilə bağlı ona ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etmişdir. 29 noyabr 2020-ci il tarixdə vəfat etmiş anası ertəsi günü yəni 30 noyabr 2020-ci il tarixdə Lökbatan qəsəbə qəbirstanlığında dəfn etmişlər. Hal-hazırda onun məzarı Lökbatan qəsəbə qəbirstanlığında yerləşir. X1 ölüm faktını şahidlər qonşuları X8 və X4, TTYS-dan və digər aidiyyatı dövlət qurumlarından alınmış arayışlar təsdiq edə bilər. Anasının ölümü haqqında şəhadətnamə əldə edə bilməyi üçün X1 məhkəmə qətnaməsi ilə ölüm faktının müəyyən edilməsi lazımdır. Göstərilənləri nəzərə alaraq, X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, mərhumə X5 onun qonşusudur. 29.11.2020-ci il tarixdə xəstəlikdən vəfat etmiş, nəşi Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki,, mərhumə X5 onun qonşusudur. 29.11.2020-ci il tarixdə xəstəlikdən vəfat etmiş, nəşi Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 08 yanvar 2021-ci tarixli, 05/Q-1696/15 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhəri Baş Səhiyyə İdarəsi 19 Saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 14.01.2021-ci il tarixli, 740 saylı məktubdan görünür ki, 16.12.1960-ci il təvəllüdlü X5 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında heç bir diaqnozla dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi tərəflərindən mümkün olmamışdır. İş materiallarında olan Lökbatan qəsəbə məscidi tərəfindən verilmiş 21 saylı, 09 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, mərhumə X5 29.11.2020-ci ildə vəfat etmiş, Qaradağ rayonu, Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 29.11.2020-cu il tarixdə vəfat etməsi iş materialları və şahidlərin ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 16.12.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş X3 29.11.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-675/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-675/2021
22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver