Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-700/2022 02.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X28 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1880-ci ildə dünyaya gəlmiş X10 18.08.1972-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, X6 1971-ci il tarixdə Qobustan rayonunda ölməsi barədə faktın müəyyən eidlməsi barədə qətnamə çıxarılmaısnı xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,Ərizəçi Babası 1880-ci il təvəllüdlü X20 və nənəsi 1880-ci il təvəllüdlü X10 X7nun atası və anasıdırlar. Babası 1880-ci il təvəllüdlü X20 1972-ci il tarixdə ölmüşdür. Nənəsi 1880-ci il təvəllüdlü X10 18.08.1971-ci il tarixdə ölmüşdür. X7 20 oktyabr 2004-ci il tarixdə dünyasın dəyişmişdir. X5 və X1 ( əvvəlki Nəriman kənd) rayonunda rəhmətə getmişdir. Nənəsi X1 rayonunda yaşamışdır. Onun ölüm faktını Qobustan rayon sakinləri X18, X17 və X4 X20 1972-ci il tarixdə vəfat etməsini təsdiq edə bilərlər. Bundan əlavə onun Qobustan rayonu Şəfi qışlaq kəndinin qəbirsanlığında dəfn olunmasınada məhkəmədə şahidlik edə bilərlər. Yuxarıda qeyd etdiyi şəxslər eyni zamanda Qobustan rayon İcra Hakimiyyətinin Qobustan şəhər İƏD üzrə nümayəndəsi T.Həmidovun iştirakı ilə akt tərtib etmişlər. Nənəsinin 18.08.1972-ci ildə ölməsini və onun Qobustan rayonunda yerləşən Şəfi qışlaq qəbirsalığında dəfn olunmasını təsdiq etmişlər, həmin akt 05.11.2021-ci il tarixdə qeydə alınmışdır. ölüm haqqında şəhadətnamənin alnması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etdim. Həmin Şöbədən imtina bildirişi aldım səbəb kimi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X8 Dövlət Qeydiyyat) Qaydasının" 8.5-ci maddəsinə əsasən ölüm faktl tibb müəssisələrinin müvaffiq sənədi ilə təsdiq edilməlidir. Babasının adına ölüm kağızı olmadığı üçün müracətindən imtina edilmişdir. Məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Beləliklə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və onun bu tələbi məhkəmədən kənar həll edilməsi mümkün olmamışdır. Məhkəməyə müraciət etməkdə məqsədi X3 əksər dövlət orqanları, idarə və təşkilatlarında yaşaması kimi qeydə alınması ilə bağlıdır. Bundan əlavədə gələcəkdə vərəsəlik və digər hüquqlarımı həyata keçirməyi ilə bağlı müəyyən maneələrin yaranmasıdır.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında mərhum şəxsin onun nənəsi (atasının anası) olduğunu, atasınında 2004-cü ildə dünyasını dəyişdiyini, nə atası, nə də babası-nənəsinin doğum akt qeydi ilə bağlı heç bir snədin olmadığını, bununla bağlı qeydiyyat şöbəsinə də mürcaiət etdiklərinin, 1944-cü ildən əvvəlki tarixə aid olduğundan, tapılmadığını, indiki halda isə nənəsi və babasının ölüm şəhadətnam\sinin ona sənədləşmə işinin aparılması üçün lazım olduğunu, babası ilə bağlı elə Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə ölüm faktının müəyyən eidldiyini, həm babası, həm də nənəsinin ölüm faktının müəyyən eidlməsinin sənədləşmə üçün zəruri olduğunu bildirərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qimsində dindirilmiş X37 ifadə verərək, öz ifadəsində əriəzçinin və onun mərhum babasının xalası oğlu olduğunu, mərhum şəxsin ərizəçinin ata nənəsi olduğunu, onun 1971-ci ildə vəfat etdiyini, ərizəçinin atasının isə 2004-cü ildə vəfat etdiyini, Nisbət xanımın Qobustan rayonunda vəfat etdiyini, elə həmin rayonda da dəfn etdirdiklərini, ondan bir il sonra da babası olan əri vəfat etdi, hər il onların məzarını da ziyarət etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadə verərək, öz ifadəsində əriəzçinin qohumu olduğunu, ərizəçinin atası ilə onun anasının dayı oğlu olduqlarını, mərhum şəxsin ərizəçinin (ata) nənəsi olduğunu, Qobustan rayonunda vəfat etdiyini, orda dəfn etdiklərini, 1971-ci ildə vəfat etdiyini bildirdi. İş materiallarında olan 05/Q-106/11 № li 21.05.2021-ci il tarixli Qaradağ Rayon Qeydiyyat Şöbəsinin məktbunun məzmununda aydın olur ki, X13 ölümünün qeydə alınması barədə ərizəyə cavab olaraq ölüm faktının tibb müəssiəsində müvafiq sənədi ilə təsdiq edildiyini, bu sənəd olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyini qeyd etmişdir. İş materiallarında olan Qobustan Rayon İcra Hakimiyyətinin Başçının Qobustan şəhər İƏD üzrə nümayəndəsinin 05.11.2021-ci il tarixli aktın məzmunundan görünür ki,1880-ci il təvəllüdlü X10 18.08.1971-ci ildə vəfat etmişdir.Mərhumu Nərimankənd kənd (hal-hazırki Qobustan şəhər) sakinlərinin iştirakı ilə Şəfi qışlaq adlanan ərazidəki qəbisrtanlıqında dəfn edilmişdir.Aktın doğruluğunu X23, X17 və X9 öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan şəkillərdən görünür ki,X14 1880-ci ildə anadan olmuş və 1971-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin nənəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarda qedy edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X8 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, , 1880-ci ildə dünyaya gəlmiş X10 1971-ci il tarixdə Qobustan rayonunda ölmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müvafiq qeydiyyat şöbəsində qeydə alınmamışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı ərizəçinin qeyd edilən hüquqi fakta dair sənədin məhkəmədən kənar əldə edilməsinin mümkünlüyü müəyyən edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, Ərizəçi nənəsinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, 1880-ci ildə anadan olmuş X6 1971-ci il tarixdə Qobustan rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti faktı müəyyən olunmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1880-ci ildə anadan olmuş X6 1971-ci il tarixdə Qobustan rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən X8 qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-700/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-700/2022
02.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver