Məhkəmə qərarları › İş №2(002)-707/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-707/2021

02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-707/2021 02.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1961-ci il tarixdə Laçın rayonunda doğulmuş həyat yoldaşı X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, o, X5 ilə xx.xx.1983-cü il tarixdə ailə qurmuş, birlikdə ərizəsində qeyd etdiyi ünvanda yaşamışlar. Həyat yoldaşı sağlam olsa da, Laçın rayonu işğaldan azad edildikdən sonra sevincindən olduqca həyəcanlı olmuşdur. Həyat yoldaşı X1 ürək tutma səbəbindən xx.xx.2020-ci ildə vəziyyəti ağır olduğuna görə Bakı şəhəri X9 çağırış etməklə həkim çağırmışlar. Həkim yanında həyat yoldaşı vəfat etmişdir. Həyat yoldaşını el adəti ilə Lökbatan qəbirstanlığında dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Sonradan poliklinikaya müraciət etmiş, lakin qeydiyyatı olmadığından ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, ərizəçinin həm qonşusu, həm də həmyerlisidir. X1 xx xxxxxx 2020-ci il tarixdə vəziyyəti ağırlaşdı və həkim yanında vəfat etdi. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 738, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X5 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında dispanser qeydiyyatda olmamışdır və bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan X3 məxsus AZE No 14646746 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx xxxx 1961-cü il tarixdə Laçın rayonu, Tığık kəndində anadan olmuşdur, Laçın rayonu, Qırıkaha kəndində qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1959-cu il tarixdə Laçın rayonu, Xırmanlar kəndində anadan olmuşdur, Laçın rayonu, Qarıkaha kəndində qeydiyyatdadır. İş materiallarında olan İV-JQ seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ilə X5 xx.xx.1983-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikah bağlandıqdan sonra arvada “Səmədova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli müşayiət vərəqindən görünür ki, X3 ikitərəli pnevmaniya diaqnozu qoyulmuş, həkim yanında ölüm qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması tərəfindən verilmiş 32 saylı arayışdan görünür ki, X5 xx xxxxxx 2020-ci il tarixində vəfat etmiş və Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Qaradağ rayonu Lökbatan qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 283 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Laçın rayonundan məcburi köçkündür və Qaradağ rayonu “Qobu park” yaşayış kompleksində bina 23, 37 saylı mənzildə müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin həyat yoldaşı xx.xx.1961-ci il təvəllüdlü X1 xx xxxxxx 2020-ci il ildə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi həyat yoldaşı xx xxxx 1961-ci il tarixdə Laçın rayonunda anadan olmuş X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar