Məhkəmə qərarları › İş №2(002)-726/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-726/2021

15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-726/2021 15.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhumə X7 onun qızı olmaqla, 02.01.1983-cü il tarixdə Ağdam şəhəri, Qaradağlı kəndində doğulmuş, onunla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanında yaşamışdır. Qızı 26.11.2020ci il tarixdə gecə yataraq səhər ayılmamışdır. Nəşini el adəti ilə Hacıqabul rayonu Nəvahı kəndi ərazisindəki Qəbristanlıqda dəfn etmiş, lakin həmin vaxt ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqanlara müraciət etməmişdir. Hazırda qızının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri əldə etmək, o cümlədən ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, 02.01.1983-cü il tarixdə Ağdam şəhəri, Qaradağlı kəndində doğulmuş, qızı X2 26.11.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, mərhumə X7 onun qohumu olmuş, 26.11.2020-ci il tarixdə gecə saatlarında vəfat etmiş, nəşi Hacıqabul rayonu Nəvahı kəndi ərazisindəki Qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, mərhumə X7 onun qonşusu olmuş, 26.11.2020-ci il tarixdə vəfat etmiş, nəşi Hacıqabul rayonu Nəvahı kəndi ərazisindəki Qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbə bələdiyyəsi tərəfindən verilmiş 12/52 saylı, 25 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, mərhumə X1 rayonu Nəvahı kəndi ərazisindəki Qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhəri Baş Səhiyyə İdarəsi 19 Saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 26.01.2021-ci il tarixli, 760 saylı məktubdan görünür ki, X7 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 28 yanvar 2021-ci tarixli, 05/Q-146/13 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan 25 yanvar 2021-ci il tarixli aktdan görünür ki, X9, X5 və Əlifova Sevinc imzalarıyla təsdiq edirlər ki, X7 26.11.2020-ci il tarixdə ünvan 3 ünvanında vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyası tərəfindən verilmiş 02.03.2021-ci il tarixli sorğuya cavab olaraq Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 02.01.1983-cü il tarixdə Ağdam şəhəri, Qaradağlı kəndində doğulmuş X7 üçün X15 çağırılmış, lakin 25.11.2020-ci il tarixdə saat 21:13 radələrində həkimə qədər ölüm (qadın cinsli meyit) aşkar olunmuşdur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 26.11.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 02.01.1983-cü il tarixdə Ağdam şəhəri, Qaradağlı kəndində doğulmuş X2 26.11.2020ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar