Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-767/2023 10.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-ci ildə doğulmuş X1nın 05 yanvar 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəyə uyğun izahat verərək bildirdi ki, X5 onun bacısıdır. X1 xx.xx.1956-ci ildə Bakı şəhərində doğulmuşdur. Bacısının həyat yoldaşı vəfat etmiş, övladı olmamışdır. Son dövrlərdə yataq xəstəsi olmuş, 05 yanvar 2023-cü il tarixdə vəziyyəti ağırlaşdığına görə yaşadığı evə bir neçə dəfə təcili yardım çağırmışlar, sonuncu dəfə həkim gələndə vəfat etdiyini bildirmişdir. Bacısını el adəti ilə Lökbatan qəsəbə qəbirstanlığında dəfn etmişlər və yas mərasimi keçirmişlər. Onun başı dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, ərizəçi və mərhum Zenfira onun bacısıdır. Zenfira tək yaşayırdı, həyat yoldaşı vəfat etmişdi, uşaqları isə olmamışdır. X5 yataq xəstəsi idi, ona ərizəçi qulluq edirdi. 05 yanvar 2023-cü il tarixdə X3 vəziyyəti ağırlaşmış, təcili tibbi yardım bir neçə dəfə gəlmişdir, sonuncu dəfə həkim gələnə kimi X1 vəfat etmiş, həkim onun öldüyünü təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, o, mərhum Zenfiranın qonşusu idi. Zenfira tək yaşayırdı, həyat yoldaşı vəfat etmişdi, uşaqları isə olmamışdır. X5 iki ilə yaxındır ki, yataq xəstəsi idi, ona ərizəçi qulluq edirdi. 05 yanvar 2023-cü il tarixdə X3 vəziyyəti ağırlaşmış, təcili tibbi yardım bir neçə dəfə gəlmişdir, sonuncu dəfə həkim gələnə kimi X5 vəfat etmiş, həkim onun öldüyünü təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 ASM-də qeydiyyatda olmayıb və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan AZ-İV seriyalı, 691343 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Abdullayeva Gülzarın atası X12, anası X2r. İş materiallarında olan İ-İE seriyalı, 268098 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Abdullayeva Zenfiranın atası X12, anası Zənəqər Ağabala qızıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 10A küçəsi ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması tərəfindən verilmiş 03 saylı arayışdan görünür ki, X5 05 yanvar 2023cü il tarixdə vəfat etmiş, Qaradağ rayonu Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X10 Stansiyası 15 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 04 yanvar 2023-cü il tarixdə saat 23:08 radələrində X3 adına çağırış daxil olmuş, X4 dəqiqləşdirilməmiş nevrotik reaksiya, parkinson xəstəliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin bacısı xx.xx.1956-ci ildə doğulmuş X3 05 yanvar 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi bacısı xx.xx.1956-cı il təvəllüdlü X3 05 yanvar 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-767/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-767/2023
10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver