Məhkəmə qərarları › İş №2(002)-773/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-773/2025

21.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-773/2025 21.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00779 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, 24 iyul 2024-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə aralarında fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X5 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir. Belə ki, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 onun himayəsində qalması, xx.xx.2022-ci il təvəllüdlü X2 üçün 235 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin tələblərini yerinə yetirməmiş, alimenti ödəməmişdir. Nəticədə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir. Aliment ödənilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/2/2024-00779 saylı Barışıq Sazişindən görünür ki:

1. Tərəflər nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə etməmişlər və aralarında xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 2347 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına razılaşmışlar;

2. Tərəflər razılaşmışlar ki, birgə nikahdan xx.xx.2022-ci il tarixdə doğulmuş X4 anasının himayəsində qalacaq;

3. Tərəflər razılaşmışlar ki, ata Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Ərizəçi hər ay 235 manat aliment ödəyəcək.

4. Tərəflər razılaşmışlar ki, aliment boşanma barədə qətnamə çıxdıqdan sonra hər ayın 1-dən 5-dək ödəniləcək. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin tam təsdiq edilməsinə maneə yaradan heç bir hal mövcud deyil. Çünki, nikahın pozulması məsələsinə mülki iddia icraatı qaydasında məhkəmə tərəfindən hüquqi qiymət veriləcəyi barədə tərəflər razılıq əldə etmişlər. Uşaqların ananın yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atanın anaya aliment ödəməsi hissəsində də barışıq sazişinin təsdiq edilməsinə maneə yoxdur. Təqdim olunmuş sənədlərdən (arayış və məcburi köçkün vəsiqəsi) görünür ki, ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00779 saylı barışıq sazişi təsdiq olunmalıdır. 100 manat dövlət rüsumu Maraqlı şəxs Dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/2/2024-00779 saylı:

1. Tərəflər nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə etməmişlər və aralarında xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 2347 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına razılaşmışlar;

2. Tərəflər razılaşmışlar ki, birgə nikahdan xx.xx.2022-ci il tarixdə doğulmuş X4 anasının himayəsində qalacaq;

3. Tərəflər razılaşmışlar ki, ata Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Ərizəçi hər ay 235 manat aliment ödəyəcək.

4. Tərəflər razılaşmışlar ki, aliment boşanma barədə qətnamə çıxdıqdan sonra hər ayın 1-dən 5-dək ödəniləcək – şərtlərindən ibarət olan barışıq sazişi təsdiq olunsun. 100 manat dövlət rüsumu Maraqlı şəxs Dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar