Məhkəmə qərarları › İş №2(002)-798/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-798/2023

28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-798/2023 28.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi oğlunun hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1953-cü ildə Ermənistan Respublikasında doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində müəyyən müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ərizəçinin anasıdır. X1 xx.xx.1953-cü ildə Ermənistan Respublikasında doğulmuş və onunla bir ünvanda yaşamışdır. xx.xx.2023-cü il tarixdə anasının vəziyyəti ağırlaşdığına görə yaşadığı ünvana həkim çağırmışlar və həkim gələnə kimi anası vəfaf etmişdir. Anasını el adəti ilə Lökbatan qəsəbə qəbirstanlığında dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Belə ki, həmin ərəfədə başları dəfn və yas mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət edə bilməmişlər. Sonradan bu barədə ərazi üzrə poliklinikaya müraciət etsə də, anasına ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda X1nın müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs rəisi vəzifəsini icra edən N.Rəşidova məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, ərizəçinin ailəsini 1988-ci il ildən, Ermənistandan qayıdandan sonra tanıyır. Mərhumə ərizəçinin anası, olmuş, xx.xx.2023-cü il tarixdə arterial təzyiqdən vəfat etmiş, nəşi Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmiş, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, ərizəçi onun yeznəsidir Mərhumə ərizəçinin anası olmuş, xx.xx.2023-cü il tarixdə apterial təzyiqdən vəfat etmiş, nəşi Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmiş, dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan Təcili və X5 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 2 ünvanına X3 adına çağırış olmuş, həkim gələnə kimi qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/Q-159/15 nömrəli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İcbarı Tibbi Sığorta Üzrə Dövlət Ağentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tətrəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18 nömrəli məktubundan görünür ki, xx.xx.1953-cü il təvəllüdlü və xx.xx.2023-cü il tarixində vəfat etmiş X3 ölümünü təsdiqləyən heç bir sənəd olmadığı üçün ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Lökbatan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 22 yanvar 2023-cü il tarixində Lökbatan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1953-cü ildə Ermənistan Respublikasında doğulmuş X6 həqiqətən də xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar