Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-801/2023 16.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, 11 oktyabr 1978-ci il tarixdə doğulmuş X2 25 yanvar 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, o X5 ilə 11-oktyabr 1978-ci il tarixda ailə qurmuşdur. X9 xəstə olduğuna görə müvəqqəti olaraq qızının evində yaşamışlar. X2 xx.xx.2023-cü il tarixdə vəziyyəti ağırlaşmış, həkim çağırmışlar, həkim gələnə kimi X5 artıq vəfat etmişdir. Onu el adəti ilə Sabirabad rayonu Qaraqaşlı kəndində dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişdir. Sonradan bu barədə poliklinkaya müraciət etsə də ona ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. X1 müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən X3 ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, sənədləri təhvil verməli olduğunu bildirdi və hazırkı ərizə ilə məhkəmə müraciət etməsində məqsədinin müvafiq hüquqi sənədləşmələrin aparılması üçün həyat yoldaşının adına ölüm haqqında şəhadətnamənin əldə edilməsi olduğunu qeyd etdi. Müvafiq tibb idarəsinə müraciət etsə də, mərhum yoldaşı Balaxanım İmaməli həmin poliklinikada qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş, sonradan qeydiyyat şöbəsi isə tibbi şəhadətnamənin olmaması əsası ilə ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur və ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı ərizə ünvanlanaraq, məhkəmə iclaslarının Bakı şəhər Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA1427104 nömrəli, FİN 2DJFDLD şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İşə əlavə edilmiş nikahın bağlanması haqqında V-ЖГ 309242 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X4 arasında nikah xx.xx.1978-ci il tarixdə nikah bağlanmış, ərə İmaməli, arvada İmaməli soyadı verilmişdir. Göründüyü kimi, barəsində hüquqi faktın müəyyən edilməsi tələb edilən şəxs - X5 ərizəçinin həyat yoldaşı olmuşdur. X5 ünvan 2 ünvanında 25 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Bununla bağlı, işə əlavə edilmiş Təcili və X6 Stansiyası bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası çağırış üzrə xx.xx.2023-cü il tarixdə saat 01:15-də qeyd edilən ünvanda olmuş və X2 barəsində “həkimə qədər ölüm, qadın cinsli meyit” qeydi aparılmışdır. Ərizəçi anasına ölüm haqqında tibbi şəhadətnamə əldə etmək məqsədilə müraciət etmiş, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 23 Nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən ona №19, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir ki, xx.xx.1956-ci il təvəllüdlü X5 ASM-də qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən 05/Q-151/15 № li xx.xx.2023-cü il tarixli məktub ilə ərizəçinin anasının ölümünün qeydə alınması barədə müraciətindən imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sabirabad Rayon İcra Hakimiyyəti X13 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 183 saylı, xx.xx.2023-cü il tarixli arayışın məzmunundan görünür ki, X5 25 yanvar 2023-cü il tarixində Sabirabad rayonu Qaraqaşlı kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək Ərizəçi ilə qonşu olduqlarını, ərizəçinin oğlu ilə yaxın dost olduğunu, ərizəçinin mərhum yoldaşı X2 şəkər və təzyiq xəstəsi olduğunu və evdə vəfat etdiyini, sonra el adəti və dini qaydalar üzrə mərhumun dəfn edildiyini, dəfndə və yas mərasimində özünün də iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək Ərizəçi oğlu olduğunu, anası X2 şəkər və təzyiq xəstəsi olduğunu, gecə saatlarında evdə vəfat etdiyini, sonra el adəti və dini qaydalar üzrə mərhumun dəfn edildiyini, dəfndə və yas mərasimində iştirak etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, işə əlavə edilmiş sənədlər, şahid ifadəsi və digər mötəbər sübutlar əsasında təsdiq olunur ki, xx.xx.1956-ci il təvəllüdlü X5 xx.xx.2023-cü ildə Bakı şəhəri, Ə.Rəcəbli küç. 5a,mən. 87 nömrəli evdə vəfat etmişdir. Belə ki, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları, faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyünü əsas götürərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1956-ci il təvəllüdlü X5 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.8, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə anadan olmuş X2 25 yanvar 2023-cü il tarixdə, Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-801/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-801/2023
16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver