Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-805/2025 14.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda siyahıda qeyd edilmiş qızıl-zinət əşyaları, əşyalar olmadıqda isə onların dəyəri olan 22850 manat məbləğində pul və o cümlədən mediasiya sessiyası üçün ödənilmiş 50 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 109 manat pulun Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək, barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiqlənməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə sasən, hər hansı fiziki və hüquqi şəxs qanunda başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (191.1). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (191.2.). Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir (191.4.). Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində tərəflər razılığa gələrək barışıq sazişi təqdim etdilər və həmin barışığın şərtləri ilə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri olan: İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili və nümayəndəsi Vəkil arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: 1. İddiaçı iddia tələbindən imtina etməsi müqabilində Cavabdeh1 İddiaçı 15000 (on beş min) manat məbləğində pulu nağd və birdəfəlik şəkildə ödəyir. 2. Bu sazişin 1-ci bəndində qeyd edilən 15000 (on beş min) manat məbləğində pulun ödənilməsi Cavabdeh2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi, 24 i nömrəli evin 41 nömrəli mənzili satıldıqdan dərhal sonra həyata keçiriləcəkdir. 3. Bu sazişin 2-ci bəndində qeyd edilən mənzil xx.xx.2026-cı il tarixinə qədər satılmasa, sazişin 1-ci bəndində qeyd edilən 15000 (on beş min) manat məbləğində pulun ödənilməsi xx.xx.2026-cı il tarixdən gec olmayaraq həyata keçiriləcəkdir. 4. Cavabdeh1 İddiaçı 15000 (on beş min) manat məbləğində pulu verməsi müqabilində İddiaçı əmlak (qızıl-zinət) tələbinə dair hazırki iddiasından imtina edir və bununla bağlı heç bir iddiası olmadığını və gələcəkdə də olmayacağını bildirir. 5. Azərbaycan Respublikası MPM-nin 261 ve 262-ci maddələrinin tələbləri tərəflərə izah olunmuşdur. 6. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. 7. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üçün öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 8. Bu Saziş Məhkəməyə təqdim edilən və tərəflərin her birində bir nüsxə olmaqla eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edildi. Göründüyü kimi, sazişi bağlayan tərəflərin qızıl-zinət əşyalarının qarşılığında pul vəsaitinin qaytarılması məsələsinin həlli ilə bağlıdır ki, bu şərtlər qanuna uyğun olmaqla üçüncü şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan, məhkəmə tərəflərin qarşılıqlı razılığını və mənafeyini əsas götürərək, mülki prosessual qanunvericiliyin müddəalarını nəzərə alıb barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəfin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-in hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili və nümayəndəsi Vəkil arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı iddia tələbindən imtina etməsi müqabilində Cavabdeh1 İddiaçı 15000 (on beş min) manat məbləğində pulu nağd və birdəfəlik şəkildə ödəyir.
2. Bu sazişin 1-ci bəndində qeyd edilən 15000 (on beş min) manat məbləğində pulun ödənilməsi Cavabdeh2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi, 24 i nömrəli evin 41 nömrəli mənzili satıldıqdan dərhal sonra həyata keçiriləcəkdir.
3. Bu sazişin 2-ci bəndində qeyd edilən mənzil xx.xx.2026-cı il tarixinə qədər satılmasa, sazişin 1-ci bəndində qeyd edilən 15000 (on beş min) manat məbləğində pulun ödənilməsi xx.xx.2026-cı il tarixdən gec olmayaraq həyata keçiriləcəkdir.
4. Cavabdeh1 İddiaçı 15000 (on beş min) manat məbləğində pulu verməsi müqabilində İddiaçı əmlak (qızıl-zinət) tələbinə dair hazırki iddiasından imtina edir və bununla bağlı heç bir iddiası olmadığını və gələcəkdə də olmayacağını bildirir.
5. Azərbaycan Respublikası MPM-nin 261 ve 262-ci maddələrinin tələbləri tərəflərə izah olunmuşdur.
6. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır.
7. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üçün öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir.
8. Bu Saziş Məhkəməyə təqdim edilən və tərəflərin her birində bir nüsxə olmaqla eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edildi. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 300 manat məsrəf cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-in (VÖEN: **********, Hesab № AZN: AZ74AİİB400600F**********112, Bank: "xxxx" ASC Mərkəz filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialının kodu: 200026; SWİFT kod: AHBAZ2XXXX) köçürülsün. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Gülnar Aslanova