Məhkəmə qərarları › İş №2(002)-822/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-822/2025

05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-822/2025 05.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi, X1 iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, 21 sentyabr 1944-cü il tarixdə Rusiya Federasiyası Tatarstan Muxtar Respublikası Alekseyev rayonunda doğulmuş X5 06 yanvar 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 anasıdır. X12 21 sentyabr 1944-cü il tarixdə Rusiya Federasiyası Tatarstan Muxtar Respublikası Alekseyev rayonunda doğulmuşdur. Anası onunla birlikdə ünvan 1 ünvanda yaşamışdır. 06 yanvar 2025-ci il tarixdə X12nın vəziyyəti ağırlaşmışdır. Bu səbəbdən, yaşadıqları ünvana həkim çağırmışlar. Lakin həkim gələnə kimi X12 vəfat etmişdir. Anasını el adəti ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəbristanlığında dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, anasına ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda X12nın müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsndən məhkəməyə 24 yanvar 2025-ci il tarixli məktubla müraciət edilərək, iş yükünün çoxluğu ilə əlaqədar şöbənin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmək imkanının olmadığı bildirilmiş, qeyd edilən halın üzürlü hesab edilərək, mülki işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan məktubu nəzərə alaraq mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X11 ifadəsində bildirdi ki, ərizəçigillə qonşudurlar. Ərizəçinin anası Qalina xanım şəkər xəstəsi idi. Qalina xanımın dəfn və yas mərasimində iştirak etmişdir. X4 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudur. Ərizəçinin anası Qalina xanım xəstəsi idi, şəkər xəstəliyindən əziyyət çəkirdi. Qonşu kimi Qalina xanımın yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. İş materiallarına əlavə olunmuş 05.*09.2005-ci il tarixdə verilmiş AZE seriyalı 03605540 saylı şəxsiyyət vəsiqəsinin və xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 018610 saylı nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş ərizəçi X6 X7 ailə qurandan sonra Yunina soyadını götürmüşdür. Qaradağ rayonu Lökbatan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 02/12 saylı arayışından görünür ki, X8 xx.xx.2025-ci il tarixdə Lökbatan qəbristanlığında dəfn edilmişdir. 3 nömrəli birləşmiş şəhər xəstəxanasının 10 yanvar 2025-ci il tarixli 5 saylı məktubundan görünür ki, 21 sentyabr 1944-cü il tarixdə Rusiya Federasiyası Tatarstan Muxtar Respublikası Alekseyev rayonunda doğulmuş və 06 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində vəfat etmiş X8 3 nömrəli birləşmiş şəhər xəstəxanası İİ şöbədə qeydiyyatda olmamışdır və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Bakı şəhəri Maraqlı şəxs 11 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən X5 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X5 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 21 sentyabr 1944-cü il tarixdə Rusiya Federasiyası Tatarstan Muxtar Respublikası Alekseyev rayonunda doğulmuş X8 06 yanvar 2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 sentyabr 1944-cü il tarixdə Rusiya Federasiyası Tatarstan Muxtar Respublikası Alekseyev rayonunda doğulmuş X5 06 yanvar 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar