Məhkəmə qərarları › İş №2(002)-924/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-924/2022

11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-924/2022 11.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi X4 iştirakı ilə, Ərizəçi X4 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun nənəsidir, onunla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanında yaşamışdır. 16 noyabr 2021-ci il tarixdə nənəsinin vəziyyəti ağırlaşdırığına görə yaşadığı ünvana həkim çağırılmış, həkim gələnə kimi nənəsi artıq vəfat etmişdir. Onu el adəti ilə dəfn etsələr də həmin vaxt ölüm şəhadətnaməsi almamışdır. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişdir. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, nənəsinə ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm şəhadətnaməsi ona bəzi hüquqi sənədləri o cümlədən nənəsinə ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, 08.03.1943-cü ildə Salyan rayonunda doğulmuş, X1 16 noyabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi Azərbaycan Respublikası MPM-in 54.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verərək, onu atası X8 ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-924/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Ərizəçi X8 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X8 ərizəni müdafiə edib izahatında bildirdi ki, X6 onun anasıdır. Anası onunla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanında yaşamışdır. 16 noyabr 2021-ci il tarixdə anasının vəziyyəti ağırlaşdırığına görə yaşadığı ünvana həkim çağırılmış, həkim gələnə kimi nənəsi artıq vəfat etmişdir. Onu el adəti ilə dəfn etsələr də həmin vaxt ölüm şəhadətnaməsi almamışdır. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişdir. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, anasına ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm şəhadətnaməsi ona bəzi hüquqi sənədləri o cümlədən anasına ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Sonda ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, mərhumə X6 onun qonşusu olmuş, 16.11.2021-ci il tarixdə vəfat etmiş, nəşi Navahı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, mərhumə X6 onun qonşusu olmuş, 16.11.2021-ci il tarixdə vəfat etmiş, nəşi Navahı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ərizə göndərərək mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 11 fevral 2022-ci il tarixli, 05/Q- 187/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə Mərkəzi 32 nömrəli Şəhər Poliknikasının 11 fevral 2022-ci il tarixli məktubundan görünür ki, 08.03.1943-cü il təvəllüdlü və 16.11.2021-ci ildə vəfat etmiş X6 barəsində “ölüm haqqında şəhadətnamə” Bakı şəhər Baş Səhiyyə Mərkəzinin 32 nömrəli Şəhər Poliklinikasına müraciət edilmədiyi üçün verilməmişdir. İş materiallarında olan BŞT və TTYS-nin 20-ci bölməsinin Təcili və X3 X7 haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 16.11.2021-ci il tarixdə X1 adına çağırış olmuş, xəstə üzərində aparılmış müayinə zamanı həkimə qədərki qadın cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Lökbatan bələdiyyəsi tərəfindən verilmiş 18 saylı, 08 fevral 2022-ci il tarixli arayışdan görünür ki, mərhumə X6 16 noyabr 2021-ci il tarixdə vəfat etmiş və Nəvahi kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 16.11.2021-ci il tarixdə vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 08.03.1943-cü il tarixdə Salyan rayonunda doğulmuş X1 16.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar