Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-926/2022 25.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X10 oğlunun katibliyi ilə, İddiaçı, İddaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh "X15" PHŞ-in nümayəndəsi X4 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Publik Hüquqi şəxs və Bakı şəhəri Baş Səhiyyə İdraəsinin tabeliyində olan Cavabdeh2ə qarşı « işə bərpa,buraxılmış müddət üzrə əmək haqqının və dəymiş maddi, mənəvi zərər məbləğinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh l19 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı « işə bərpa,buraxılmış müddət üzrə əmək haqqının və dəymiş maddi,mənəvi zərər məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının faizləri ilə birlikdə ödənilməsi,maddi və sağlamlığına dəyən zərər nəzərə alınmaqla 1 illik əmək haqqı miqdarında dəymiş zərərin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək, Bakı Baş Səhiyyə Mərkəzi və Lökbtana Tibb X3rşı iddia tələbi irəli sürərək, Cavabdeh2in 31-k saylı,12 ləğv edilməsi,onun 4 saylı Doğum Evinə tibb bacısı vəzifəsinə bərpa edilməyi,ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi,cavabdehlərdən ona dəymiş maddi və mənəvi zərərin əvəzi kimi 1 illik əmək haqqı məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 27 ildir ki,Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən doğum evində tibb bacısı işləmişdir.İşlədiyi müddət ərzində onun heç bir nöqsanı və töhmətləri olmayıb.O 4 il əvvəl ürəyindən əməliyat olaraq,ürəyinin yaxşı fəaliyyət göstərilməsi üçün həkimlər tərəfindən aparat qoyulmuşdur.Əməliyyat olunduqdan sonra o Qaradağ rayon 19 saylı xəstəxanasının baş həkimi Elçin Hüseynova müracitə etdi və ona onun 2-ci qrup əlil olmağı barədə ona təqaüd verilməsini xahiş etdi.Lakin o,ondan bunun əvəzinə 3000 manatın ona verilməsini tələb etdi.O isə onda pulun olmadığını bildirdi,o da bildirdi ki,ona əlillik təqaüdü düşmür. O ona bildirdim ki, onlar ondan pul tələb etdiyinə görə o hara lazımdırsa şikayətlərini edəcək. Həmin günü Elçin bəy gecə saat 03-00 radələrində onun qardaşı Yavərə həkim Tahirin vasitəsi ilə zəng edərək qardaşından Elçin bəyin qəbuluna getməsini xahiş etmişdir. O da qardaşı ilə birlikdə səhəri günü getdi, onlarla çox xoş danışdı və əlilliyi ilə bağlı şikayət etməyini xahiş etdi. O məcburiyyət qarşısında qalaraq bütün instansiyalara şikayət ərizəsi ilə müraciət etməli oldu. Nəhayət ona ömürlük olaraq təqaüd, yəni 2-ci qrup müddətsiz əlil təyin olundu. Bundan qəzəblənən Elçin Hüseynov məzuniyyətdə olarkən kadrlar şöbəsində çalışan Lalə adlı xanımın vasitəsi ilə onu xəstəxanaya dəvət edərək məcbur etmişdir ki, Təbibə keçdiyi üçün Bakı Sağlamlıq Mərkəzinə işdən çıxmağı barədə ərizə yaza, sonra isə işə qayıtmağına dair ərizə yaza, çünki doğum evinin bütün işçiləri belə qaydada ərizə yazmışlar. İşdən çıxmağına dair ərizəni yazdı, lakin işə qəbul olunmağı barədə yazmaq istədikdə Lalə xanım bildirdi ki, Elçin bəylə telefon əlaqəsi saxlayıb onu işə götürmək istəmir. Onu aldadaraq ərizə yazdırmışlar.O bundan sonra bir neçə gün Elçin Hüseynovun məzuniyyətdən işə qayıtmasını gözlədi. Elçin Hüseynov 26 yanvar 2022-ci il tarixdə işə qayıtdıqdan sonra o onun qəbulunda oldum, lakin o, onu işə götürməyəcəyini bildirdi. Baxmayaraq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilmişdir ki, o yüngül işdə işləyə bilər, işlədiyi işdə yüngüldür. O isə ona məhkəmədə görüşəcəyini bildirib çıxıb getdi.Elçin Hüseynov savadsıızlığından o vaxtında təqaüdünü ala bilmədi.Onun ürəyində aparatın olmasına baxmayaraq cavabdehin təqsiri üzündən neçə müddətdir ki,o əsəb,stress içindədir,pis hallara qalaraq mənəvi zərər çəkir..Qeyd edilənləri nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclaısnda iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında əlavə olaraq iddiaçınn 27 il həmin işdə işlədiyini, həmin işdən çıxması barədə ərizənin onun iradə ifadəsinin nəticəsi olmadığını, həmin ərizə müdirrəyit tələbi əsasında bütün işçilərə yazıldığını, lakin həmin işçilər yenidən işə götürüldüyü halda, iddiaçı işə götürülməmiş, bunun səbəbi kimi onun əlilliyinin olması ilə izah edilmiş, qeyd eidlən hallar isə əmək qanunvericiliyinin normlaarına tamamilə zidd olmuşdur, belə ki, işçinin işə uyğunsuzluğu işəgötürənin istəyi əsasında deyil, aparılmış tibbi müayinənin nəticəsi olaraq müəyyən eidlməli idi, indiki halda isə iddiaç aldadılı, işdən çxma ərizəsi alınsa da, işə götürülməmişdir, bu halın qnaunsuz olduğunu hesab etdiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1n nümayəndəsi məhkəmə iclaısnda iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, 4 xəstəxana tibb mərkəzinin tərkibində birləşdirilməli idi, iddiaçı həmin 4 xəstəxanadan biri olan Doğum evində tibb bacısı işləyirdi, həmin xəstəxanaların bütün işçiləri ilə işdən çıxma barədə ərizə verilməsi tələb eidlmiş, bu birləşmə ilə bağlı zəruri olduğundan tətbiq eidlmiş, çünki birləşdikdən sonra həmin işçilər yenidən işə götürülməli idi, ona görə də həmin işçilərdən iki ərizə alındı, işdən çıxma və işə qəbul barədə, həmin vaxtı iddiaçı xəstəliyi ilə bağlı bülletendə olduğu üçün ondan həmin iki ərizə o işə çıxdığı vaxt alınmışdır, o işə çıxdıqda isə artıq birləşmə olmuşdur, ona görə də onun işdən çıxma əmri Bakı Baş Səhiyyə İdraəsi tərəfindən rəsmiləşdirilmiş, ərizəni onların adına yazmışdır, iddiaçı öz istəyi ilə deyil məhz bu birləşmə ilə bağlı ərizə yazmışdır, lakin sonran isə onun işə götürülməməsinin səbəbi əlilliyi ilə bağlı onun gördüyü işə səhhətini uyğun olmadığından götürülməmişdir, belə ki, iddiaçı tibb bacısı işləyir həm də reanimasiya şöbəsində, həmin iş xarakterinə görə ağır olduğundan iddiaçının səhhəti ona uyğun olmamışdır, iddiaçıya başqa yüngül iş təklif edilməmiş, habelə səhhətinin bu işə uyğunsuzluğu ilə bağlı hər hnaıs tibbi müayinə araşdırma aparılmamışdır, hesab edir ki, işçini işə götürmək onların hüququdur, istədikləri işçini işə götürə, istədiklərini götürməyə bilər, bu onları hüququ kimi çıxış edir,əmək qanunvericiliyinin hər hansı tələbinin pozulmadığını bildirərək, bu halların nəzərə nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh1n nümayəndəsi (Doğum evinin rəhbəri) X5 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etməyərək, digər cavabdeh tərəfin etirazının dəlillərinə uyğun izahat verərək, öz izahatında əlavə olaraq bildirmişdir ki, onun tabeliyində olan bütün işçilərdən iki ərizənin alınmasını-işdən çıxma və işə qəbul o pzü məlumat vermiş, bu barədə iddiaçıya da məlumat vermiş, lakin o bülletendə olduğundan, onun ərizəsini o almamışdır, Baş Səhiyyə İdraəsi almış, işdən çıxma da onlar tərəfindən rəsmiləşdirilmişdir, bu halların nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı Baş X12 Hüquqi Şəxsə və iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş X9 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək, öz ifadəsində iddiaçı ilə bilrikdə 26 ildir bir yerdə həmin xəstəxanada işlədiyini, onun özünün pensiya çıxması ilə bağlı işdən çıxdığını, həmin vaxtı bütün işçilərə iki ərizənin yazıldığını bildiyini, çünki hamısına bu barədə deyilmişdir ki, işdən çıxma və işə qəbul ərizəsi yazsınlar, buna səbəb də xəstəxanaların mərkəzləşdirilməsi biryerdə birləşdirilməsi olduğunu bildiyini, iddiaçının işlədiyi müddətdə nümunəvi işçi olduğunu, ona da iki ərizə yazıldığını bildiyini qeyd etdi. İş materialalrında olan KT №016406 Diplomun məzmunundan görünür ki, X2 Azərbaycan SSR Səhiyyə Nazirliyi 1 № li Bakı Tibb Məktəbinə daxil olmuş və 1986-cı ildə tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan ******* №li əmək kitabçasının məzmunundan aydın olur ki, Fərzəliyeva (Bəyəliyeva) Dilşad Qurban qızı 21.01.1987-ci ildə tibb bacısı ixtisası üzrə işə qəbul olunmuş, 03.05.1995-ci il tarixli 31№ li Əmrlə Qaradağ rayonu Doğum evinə tibb bacısı vəzifəsinə qəbul edilmiş, 31-k № li 12.01.2022-ci il traixli Bakı Baş Səhiyyə Mərkəzinin əmri ilə Əmək Məcəlləsinin 68 (a) bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik olması müəyyən edilməklə, yüngül işlərdə işləyə bildiyi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh2in 31-K nömrəli 12.01.2022-ci il tarixli əmrindən görünür ki,4 nömrəli X21 bacısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respunlikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq 12.01.2022-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 11-cü maddəsinə əsasən işəgötürənin əmək münasibətləri sahəsində daşıdığı əsas vəziflərindən biridə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək,əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq vəzifəsidir. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 54-cü maddəsində işəgötürən tərəfindən əlilliyi olan şəxslərə münasibətdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması vəzifəsi qeyd edilmişdir. Həmin Məcəllənin 66-cı maddəsində əlilliyi müəyyən edilmiş işçilər attestasiya olunmayan işçi kateqoriyası kimi qeyd edilmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 74-cü maddəsinin c) bəndində tərəflərin iradəsindən asılı olmayan hal qimsində qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinin xitamı əsası kimi qeyd edilmişdir. Həmin maddənin Qeyd hissəsində qeyd edilmişdir ki, əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Həmin Məcəllənin 231-ci maddəsində qeyd edilmişdir ki, səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrıseçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Qaradağ rayonu 4 №li Doğum evində Baş həkimin 03.05.1995-ci il tarixli 31 №li Əmri ilə tibb bacısı vəzifəsinə işə qəbul edilmiş, Bakı Baş Səhiyyə Mərkəzinin 12.01.2022-ci il tarixli 31-K №li Əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə (öz xahişi ilə) tutduğu vəzifədən azad olunmuşdur. İddiaçının ixtisası tibb bacısıdır, 26.11.2021-ci il tarixli tibbi rəyə əsasən ikinci dərəcəli müddətsiz əlildir. Həmçinin, Qaradağ rayonu 4№li Doğum evi hazırda X15 PHŞnin tabeliyində fəaliyyət göstərir. Eyni zamanda iddiaçının işdən çıxma barədə ərizəsinin özünün istəyi əsasında deyil, məhz cavabdehin tələbi əsasında yazılması halını da cavabdeh təsdiq edir, buna səbəb isə xəstəxanaların birləşdirilməsi ilə bağlı tədbirin görülməsi olduğu,həmin zərurətdən irəli gələrək bütün işçilərdən işdən çıxma və işə qəbulla bağlı ərizə alındığı qeyd edilmişdir. Qeyd edilən halları hər iki tərəf təsdiq etməklə, işin mübahisəsiz hallarıdır. Məhkəmə ilk növbədə onu qeyd edir ki, əmək qanunvericiliyində əmək müqaviləsinin xitamının əsası kimi qeyd edilmiş işçinin öz təşəbbüsü öz ərizəsi əsasında xitam edilməsi əsası məhz işçinin öz həqiq iradəsinin ifadəsinin nəticəsi kimi çıxış edir. Başqa sözlə, bu hal işçinin öz arzusu, istəyi, həqiqi işdən çıxma istəyi ilə bağlı hər hansı təsir, təzyiq olmadan, hər hansı şərt olmadan iradə ifadəsi kimi ortaya çıxır.İndiki halda isə məhkəmədə tədqiq edilmiş tərəflərin izahatı,cavabdeh tərəfin öz izahatı, şahid ifadəsi əsasında təsdiq olunur ki, iddiaçının işdən çıxma barədə ərizəsi onun işdən çıxma barədə öz istəyinin həqiqi iradə ifadəsi kimi yazılamış, həmin ərizə məhz işəgötürənin tələbi əsasında ortaya çıxmışdır. Qeyd edilən hal isə Əmək Məcəlləsinin 69.7-ci maddəsinin tələbinin pozuntusu hesab edilir. Bundan əlavə, məhkəmə cavabdehin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi işçinin əlil olması səbəbindən səhhətinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyindən yenidən işə qəbul edilməməsi hal ilə bağlı onu qeyd edir ki, əmək qanunvericiliyində və əlillərin hüquqlarının müdafiəsi haqqında qanunvericilikdə əlillik səbəbindən onun tutduğu vəzifəyə səhhətinin uyğun olmadığı müəyyən edilmədən əmək müqaviləsinə bu səbəbdən xitam verilməsinin yol verilməz olduğu imperativ norma kimi qeyd eidlmişdir. Bundan əlavə isə işçinin səhhətinin tutduğu vəzifəyə uyğun olub-olmaması işəgötürənin özü (öz arsuzus, öz istəyi) tərəfindən deyil halı, məhz müvafiq tibbi rəy əsasında müəyyən edilir. Lakin cavabdeh tərəfindən isə məhkəməyə qeyd edilən halla bağlı heç bir sübut (iddiaçının tibbi müayinədən keçirilməsi, bununla bağlı tibbi rəy) məhkəməyə təqdim edilməmişdir. Həmçinin,əmək qanunvericiliyində işəgötürən tərəfindən işçinin səhhətinin onun tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən eidldiyi halda, onun tərəfindən işçinin səhhətinə uyğun yüngül işə keçirilməsi ilə bağlı tədbir görülməsi tələbi də imperativ norma kimi, işəgötürənin vəzifəsi kimi qeyd edilmişdir. İndiki halda isə, cavabdeh tərəfindən işçinin (iddiaçının) işə qəbul edilməsindən imtinanı əsası kimi onun əlilliyinin olmasına görə tutduğu vəzifəyə səhhətinin uyğun olmaması halına istinad etsə də, işçinin daha yüngül işlərdə, səhhətinə uyğun işə keçirilməsi ilə bağlı tədbirlərin görülməsi ilə bağlı da heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Deməli, indiki halda cavabdeh işəgötürən tərəfindən eyni zamanda Əmək Məcəlləsinin 16,74, 231-ci maddəsinin tələbləri və əlillərin hüquqlarının müdafiəsi haqqında qanunvericiliyinin normalarının tələbləri pozulmuşdur. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, işçi qismində çıxış edən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 16,69,74-cu maddəsinin tələbi və əlillərin hüquqlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduğundan, iddiaçının iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbi əsaslı olmaqla, təmin olunmaılıdır. Məhkəmə iddia tələbinin vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla,təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, iddiaçı cavabdehin hərəkətləti nəticəsində ona maddi ziyan vurulduğunu bildirsə də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəktləi arasında səbəbli əlaqə olması hallarını müəyyən etmək mümkün olmamıdşır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində əsasız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı ona mənəvi zərərin vurulduğuna görə 1 illik əmək haqqinin cavbdehdən onun xeyrinə tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində əsassız olmaqla, təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Bakı Şəhər Baş Səhiyyə Mərkəzi (İdarəsinin) 4 № li X21 Bacısı vəzifəsində (peşəsində ) işləyən İddiaçı tutduğu vəzifədən (peşəsindən) azad edilməsi barədə Bakı Baş X12 Hüquqi Şəxs tərəfindən qəbul edilmiş 12.01.2022-ci il tarixli 31-K №-li Əmr ləğv edilməli, əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsinin Bakı Baş X12 Hüquqi Şəxsinin 4 № li X21 Bacısı vəzifəsində (peşəsində ) işləyən İddiaçı tutduğu vəzifədən (peşəsindən) azad edilməsi barədə 12.01.2022-ci il tarixli 31-K №-li Əmr ləğv edilsin. İddiaçı Cavabdeh1n 4 № li X21 Bacısı vəzifəsinə (peşəsinə ) bərpa edilsin və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-926/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-926/2022
25.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver