Məhkəmə qərarları › İş №2(002)-931/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-931/2022

13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-931/2022 13.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 avqust 1957-ci ildə İsmayıllı rayonunda doğulmuş atası X2 10 fevral 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X8 onun atasıdır. Atası 10 avqust 1957-ci ildə İsmayıllı rayonunda doğulmuş və onunla birlikdə yaşamışdır. Atası ağciyər xəstəliyindən əziyyət çəkmiş, lakin poliklinikada qeydiyyatda olmamışdır. 10 fevral 2022-ci il tarixdə atasının vəziyyəti ağırlaşdığına görə yaşadığı ünvana həkim çağırmışlar, həkim gələnə kimi artıq atası vəfat etmişdir. Həmin vaxt ondan yaxma götürmüşlər və bir gün sonra covid19 xəstəliyinə tutulduğu barədə sms gəlmişdir. Atasını el adət-ənənəsinə uyğun olaraq dəfn etmişlər. Onun başı atasının dəfninə və dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, ərizəçinin əmisidir. Mərhum qardaşı X8 ağciyər xəstəsi olmuş, 10 fevral 2022-ci il tarixdə onun vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Həmin vaxt ondan yaxma götürmüşlər və bir gün sonra covid19 xəstəliyinə tutulduğu barədə sms gəlmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının arayışından görünür ki, 10 avqust 1957-ci il tarixdə doğulmuş və 10 fevral 2022-ci il tarixdə vəfat etmiş X8 ASM-də qeydiyyatda olmamışdır, bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Ərizəçi məxsus AA No ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1995-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan XVİİİ-JQ seriyalı, 496880 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçi atası X6r. İş materiallarında olan X7 məxsus AZE No 09345572 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 10 avqust 1957-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Təcili və X11 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 10 fevral 2022-ci il tarixdə saat 11:32 radələrində X3 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsi tərəfindən verilmiş 11 saylı, 18.02.2022-ci il tarixli arayışdan görünür ki, X8 10 fevral 2022ci il tarixdə yaxınlarının iştirakı ilə İsmayıllı rayonu Təzəkənd kəndinə gətirilmiş, Təzəkənd kənd qəbirstanlığında qohumlarının və kənd sakinlərinin iştirakı ilə dəfn edilmişdir. İş materiallarında olan ASSMED Klinikası tərəfindən verilmiş 09.02.2022-ci il tarixli arayışdan görünür ki, X1 a/c lobar pnevmoniyanın əlamətləri aşkar edilmişdir. İş materiallarında olan 1542 çağrı mərkəzindən göndərilmiş sms-bildiriş mətninin surətindən görünür ki, X2 covid19 ilə bağlı verdiyi testin nəticəsi pozitiv olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası 10 avqust 1957-ci ildə İsmayıllı rayonunda doğulmuş X2 10 fevral 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi atası 10 avqust 1957-ci ildə İsmayıllı rayonunda doğulmuş X2 10 fevral 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar