Məhkəmə qərarları › İş №2(002)-938/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-938/2021

02.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-938/2021 02.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1, digər İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə, Cavabdeh, cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı payların naturada ayrılması tələbi barədə ilk iddiası, Cavabdeh İddiaçı1, İddiaçı2, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzilə dair çıxarışın ləğv edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı payların naturada ayrılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzilinin 4/6 hissəsinin İddiaçı2, 1/6 hissəsinin İddiaçı1 paylı mülkiyyətində saxlanılmaqla, həmin mənzilin 5/6 hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzilə dair çıxarışın ləğv edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4, 35 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin ünvana verilmiş 30.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzili vərəsəlik qaydasında paylara bölünərək, həmin mənzilin 3/6 hissəsi birgə iddiaçılardan yetkinlik yaşına çatmayan İddiaçı2, 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi digər vərəsə X1 mülkiyyətinə verilmiş, X4 özünə məxsus payı sonradan İddiaçı2 bağışlamışdır. Buna görə də hazırda mübahisəli mənzilin 4/6 hissəsi birgə iddiaçılardan yetkinlik yaşına çatmayan İddiaçı2, 1/6 hissəsi İddiaçı1 məxsusdur. Mənzilin qalan 1/6 hissəsinə mülkiyyət hüququ isə digər vərəsənin, yəni Cavabdeh maraqları nəzərə alınaraq açıq saxlanılmışdır. Hazırda iddiaçılar paylı mülkiyyətdə olan mənzildə paylarının naturada ayrılmasını tələb etməkdədirlər, ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia barədə isə bildirir ki, qarşılıqlı iddia ərizəsində göstərilən hallar əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflərin mərhum atası Rizvan Mirağayev vəfat etdikdən sonra miras qalmış mənzilə dair vəsiyyətnamə və qanun üzrə vərəsələr mirasın qəbulu üçün qanunamüvafiq qaydada notariusa müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə, sonradan isə çıxarış almışlar. Cavabdeh isə həmin mənzildə yaşamamış və mirasın qəbulu üçün ümumiyyətlə heç bir orqana müraciət etməmişdir. Əlavə olaraq qeyd edir ki, mübahisəli mənzil Rizvan Mirağayevə 1991-ci ildə order əsasında əvəzsiz olaraq verilmiş, o, sağlığında 0,6 ha torpaq sahəsində oğlu Raminə ev tikərək təqribən 2004-cü ildən Ramini ailəsi ilə birgə həmin evə köçürmüş, Ramin isə mənzildə formal olaraq qeydiyyatda qalmış, mərhum onun qeydiyyatdan çıxarılması üçün məhkəməyə şəxsən müraciət etdikdən sonra vəfat etmişdir. Mərhum özünün iddia ərizəsində mənzili nəvəsi Mirsadiqə vəsiyyət etdiyini, həmin mənzildə yaşamayan oğlu Raminin isə onun son iradəsinə mane olduğunu açıq şəkildə qeyd etmiş, lakin vəfat etdiyinə görə mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçılar mübahisənin sülh yolu ilə həllinə çalışsalar da, cavabdeh onlarla razılığa gəlməmişdir. Qeyd olunanlara əsasən, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə digər İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 izahatına uyğun izahat verdi və ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, ilk iddia tələbinə etiraz edir. Belə ki, mübahisəli mənzil növbəlilik qaydasında 17 avqust 1991-ci il tarixdə 019988 nömrəli order əsasında ataları X8 adına 5 nəfər ailə üzvü ilə, yəni X9, X2, Mirİddiaçı1, X3 və Cavabdeh verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2(002)-248/2020 saylı qətnaməsi ilə onun ailə üzvləri ilə birlikdə mübahisəli ünvana köçürülməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən qarşı tərəf apellyasiya və kassasiya şikayətləri versə də şikayətləri təmin olunmamışdır. İşə kassasiya qaydasında baxılarkən qarşı tərəf bildirmişdir ki, artıq mənzil özəlləşdirilmiş və vərəsələrin payları müəyyən edilmişdir, onun payı kimi miras əmlakın 1/6 hissəsi açıq saxlanılmışdır. Onun özü mirasın qəbulu üçün notariat orqanına müraciət etməmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər və bacısı Natavan onun xəbəri və razılığı olmadan mənzili özəlləşdirmiş, qarşılıqlı iddia üzrə cavabdehlərin payı qeyd olunmaqla mənzilə dair çıxarış verilmişdir. Ona görə də ilk iddia üzrə iddiaçıların iddiasının qanunsuz hesab edilməklə onların adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 30.07.2020-ci il tarixli çıxarışın ləğv edilməsi ilə bağlı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatına uyğun izahat verdi və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi (1 saylı Bakı Ərazi İdarəsi) məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, qarşılıqlı iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 1 ünvanlayaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq, mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə ilk və qarşılıqlı iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 30.07.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 4, 35 saylı mənzil İddiaçı1 1/6 hissədə, İddiaçı2 4/6 hissədə payı olmaqla xüsusi mülkiyyətlərindədir, X5 1/6 hissədə pay açıq qalmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 972482 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə X10 19.10.1996-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir, nikahdan sonra qadına Ağayeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 388372 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, İddiaçı2 atası İddiaçı1, anası Nümayəndədır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26.01.2021-ci il tarixli, 2(102)-151/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh və ailə üzvlərinin mübahisəli mənzilə köçürülməsini qət edən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2(002)-248/2020 saylı qətnaməsini qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4419/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan 019988 saylı, 17 avqust 1991-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Oktyabrın 50 illiyi küçəsi, ev 6, 35 saylı mənzil X9 dörd nəfər ailə tərkibi ilə birlikdə verilmişdir. İş materiallarında olan 45 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 31.07.2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 həmin vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını xx.xx.2008-ci il təvəllüdlü nəvəsi İddiaçı2 vəsiyyət etmiş və digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. İş materiallarında olan 30.09.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatına daxil olmuş iddia ərizəsinin surətindən görünür ki, iddiaçı X11 Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində iddiaçı mübahisəli mənzili nəvəsi Mirsadiqə vəsiyyət etdiyini, oğlu Raminin isə onun son iradəsinə mane olduğunu, onun bu davranışının qanuna və əxlaqa zidd olduğunu qeyd etməklə Raminin mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2626/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərardadının surətindən görünür ki, iddiaçı X8 Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata iddiaçının vəfat etməsi səbəbindən xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 02.06.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 45 saylı NK tərəfindən 31.07.2019-cu ildə təsdiq edilən və reyestrdə 2V-62 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən, 01.10.2019-cu il tarixdə ölmüş X8 vəsiyyətnamədə göstərilən vərəsəsi İddiaçı2 miras əmlakdan 3/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ********** qeydiyyat nömrəli, 02.06.2020-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış, yüklülüyün olub-olmaması barədə arayışa və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********31-05101-093035 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 75,79 kv.metr olan mənzildən ibarətdir. Azyaşlının payının qeydiyyata alınması üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin bir nüsxəsi qəyyumluq və himayəçilik orqanına göndərilmişdir. 2/6 hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, 1/6 hissədə pay açıq saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 02.06.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01.10.2019-cu il tarixdə ölmüş X8 qanun üzrə vərəsələri İddiaçı1 və X6 miras əmlakdan hər biri 1/6 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ********** qeydiyyat nömrəli, 02.06.2020-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış, yüklülüyün olub-olmaması barədə arayışa və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********31-05101-093035 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 75,79 kv.metr olan mənzildən ibarətdir. İş materiallarında olan Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 29 oktyabr 2019-cu il tarixdə verilmiş 1344/69 nömrəli ölüm haqqında arayışdan görünür ki, X11 01 oktyabr 2019-cu ildə ölmüşdür. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında 04 oktyabr 2019cu il tarixli 406 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 29 oktyabr 2019-cu il tarixdə verilmiş 1345/69 nömrəli ölüm haqqında arayışdan görünür ki, X7 11 iyun 2019-cu ildə ölmüşdür. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında 11 iyun 2019-cu il tarixli 244 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 04.11.2019-cu il tarixli, 1999 saylı məktubun surətindən görünür ki, 01.10.2019-cu il tarixdə ölmüş mərhum X5 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 2019-cu ildə onun vərəsələrindən İddiaçı1, X4 Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmiş və 234/2019 nömrəli vərəsəlik işi açılmışdır. Bakı şəhəri 8 saylı notariat ofisi həmin məktubla Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular (Oktyabrın 50 illiyi) küçəsi, ev 6, 35 saylı mənzildə yerləşən X8 adına olan mənzilə hüquqmüəyyənedici sənəd (çıxarış) verilməsini xahiş etmiş, hüququmüəyyənedici sənəd (çıxarış) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin veriləcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 6, 35 saylı mənzil X8 xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə 29.12.2019-cu il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan AR DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 01.11.2019-cu il tarixli ******* saylı arayışın surətindən görünür ki, həmin arayışa görə İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 6, 35 saylı mənzildə qeydiyyatdadır, həmin mənzildə ondan başqa Mirağayev Rizvan, Zərbəliyeva Natavan qeydiyyatdadırlar. İş materiallarında olan 3 saylı Bakı ASAN Xidmət mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı1 və X1 ərizələrinin surətlərindən görünür ki, onlar qeydiyyatda olduqları və ünvan 4 ünvanında yerləşən 35 saylı mənzilin X8 adına özəlləşdirilməsinə və dövlət reyestrindən çıxarış verilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. İş materiallarında olan “xxxx” MMC-nin 196/E nömrəli, 24.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 4, mənzil 35 ünvanında yerləşən mənzilin real bazar dəyəri 38000 (otuz səkkiz min) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edir ki, mübahisəli mənzil 019988 saylı 17 avqust 1991-ci il tarixli orderə əsasən X9 verilmiş, X11 31.07.2019-cu il tarixdə notarial qaydada vəsiyyətnamə tərtib edərək bütün əmlakını xx.xx.2008-ci il təvəllüdlü nəvəsi İddiaçı2 vəsiyyət etmiş, 30.09.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək mənzili nəvəsi Mirsadiqə vəsiyyət etdiyini, oğlu Raminin isə onun son iradəsinə mane olduğunu qeyd etməklə Raminin mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmiş, lakin 01 oktyabr 2019-cu ildə vəfat etmişdir. O, vəfat etdikdən sonra notarius tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunaraq mərhumun adına çıxarışın verilməsi tələb edilmiş, daha sonra mirası qəbul etmək üçün müraciət etmiş oğlu Zaura, qızı Natavana qanun üzrə, nəvəsi Mirsadiqə isə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, həmin şəhadətnamələr əsasında 1/6 hissə açıq saxlanılmaqla iddiaçılara paylı mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, ilk iddia üzrə iddiaçılar 1/6 hissə üzrə paylı mülkiyyətçisi müəyyən edilməmiş daşınmaz əmlakın naturada bölünməsini tələb etməkdədirlər, bununla da onlar tərəfindən paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunması şərti nəzərə alınmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə hal-hazıradək mərhumun vəsiyyətnaməsini və onun adına verilmiş çıxarışı mübahisələndirməmiş, həmçinin miras əmlakı nə faktiki qəbul etməmiş, nə də mirasın qəbulu üçün qanunla müəyyən edilmiş qaydada notariat orqanına müraciət etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, ilk və qarşılıqlı iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, ərizəçi sözügedən mənzilə dair yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” adlanan müqavilə bağlanmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və “Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən mülkiyyət hesab etmək üçün kifayət qədər əsaslar var. Qeyd edilən qərarda, ərizəçinin hüququ mülkiyyətçinin hüququna bərabər qiymətləndirilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 46-cı maddəsinə əsasən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 151-cü maddəsində isə beynəlxalq müqavilələrin üstünlüyü prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, ilk və qarşılıqlı iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı payların naturada ayrılması tələbi barədə ilk iddiası, Cavabdeh İddiaçı1, İddiaçı2, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzilə dair çıxarışın ləğv edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar