Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-950/2023 03.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1946-cı ildə Abşeron rayonunda doğulmuş XXX Ədalət Məmməd oğlunun 22 dekabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəyə uyğun izahat verərək bildirdi ki, XXX Ədalət Məmməd oğlu onun bacısının həyat yoldaşıdır. Onların uşaqları olmamış, bacısı vəfat etmiş, bacısının vəfatından sonra Ədalət onunla birlikdə iddia ərizəsində göstərilən ünvanda yaşamışdır. Ədalət əsəb xəstəliyindən əziyyət çəkmiş, lakin son dövrlərdə müalicə almamışdır. Ədalətin 22 dekabr 2022-ci il tarixdə vəziyyəti ağırlaşmış, həkim çağırmışlar, həkim gələnə kimi vəfat etmişdir. Mərhumu el adəti ilə Lökbatan qəsəbə qəbirstanlığında dəfn etmişlər və yas mərasimi keçirmişlər. Onun başı dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə dəfn pulunu almaq və bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, mərhum Ədalət ilə 30 ildir ki, qonşuluq münasibətində idi. Ədalət ərizəçinin bacısının həyat yoldaşıdır. Bacısı vəfat etdikdən sonra ərizəçi Ədalətə qulluq edirdi. Belə ki, mərhum əsəb xəstəsi olmaqla qulluğa ehtiyacı var idi. Ədalətin 22 dekabr 2022-ci il tarixdə vəziyyəti ağırlaşmış, həkim çağırmışlar, həkim gələnə kimi vəfat etmişdir. O, təcili tibbi yardım gəldikdən sonra ünvana getmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Ədalət Məmməd oğlu ASM-də qeydiyyatda olmayıb və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan AZ-T seriyalı, 229027 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Ərizəçi atası X6, anası X7r. İş materiallarında olan 1579/69 saylı doğum haqqında arayışdan görünür ki, X1 11 noyabr 1958-ci il tarixdə Qaradağ rayonunda anadan olmuşdur. Sadıxova Səkinəxanımın atası X6, anası X7r. İş materiallarında olan 1577/69 saylı ölüm haqqında arayışdan görünür ki, X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə Maraqlı şəxsnə ölüm haqqında akt qeydləri kitabında 407 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZE seriyalı, 07646402 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, XXX Ədalət Məmməd oğlu xx.xx.1946-cı il tarixdə Abşeron rayonunda anadan olmuşdur, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Qaradağ rayonu Lökbatan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 02/08 saylı arayışdan görünür ki, Ərizəçi qohumu XXX Ədalət Məmməd oğlu həqiqətən 23 dekabr 2022-ci il tarixində Lökbatan qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1660 saylı arayışdan görünür ki, Ədalət Məmməd oğlu həyat yoldaşı X2 ilə Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 16B, 1 saylı məzildə yaşamışdır və qeydiyyatda olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X8 Stansiyası 15 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 22 dekabr 2022-ci il tarixdə saat 20:46 radələrində Ədalət Məmməd oğlunun adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Ərizəçi şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, Qaradağ rayonu, Korgöz qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin bacısının həyat yoldaşı xx.xx.1946-cı ildə doğulmuş XXX Ədalət Məmməd oğlunun 22 dekabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü XXX Ədalət Məmməd oğlunun 22 dekabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-950/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-950/2023
03.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver